Sizin reklam burada

Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır

Title
Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır
“Neftçi” yeni qapıçı sevdasından vaz keçdi
“Neftçi”də işlər yaxşıya doğru dəyişən vaxtda indi də qapıçı problemi ortaya çıxıb. Səlahət Ağayevin 5-ci turda keçirilən “Neftçi” – “Zirə” matçında zədələnib uzun müddətə sıradan çıxmasından sonra komanda Rəşad Əzizlinin ümidinə qalıb. Maksim Vayloya inam yoxdu, Sənan Əlizadə isə gəncdi. Bu azmış kimi, oktyabrın 7-də “Qəbələ” ilə sınaq matçında Rəşad da sıradan çıxdı. Zədələnən qolkiper matçı sona qədər davam etdirə bilmədi deyə, Vaylo ilə əvəzləndi. Həmin vaxt 8-ci turda “Səbail”ə qarşı oynayıb-oynamayacağı bilinməyən Rəşad artıq məşqlərə başlayıb. Kollektivlə birgə hazırlıq keçən Əzizlinin durumu yaxşıdı və o növbəti turda meydana çıxa biləcək. Hər halda, klubdan verilən məlumat belə oldu.
Digər xoş xəbər isə Səlahətlə bağlıdı. Uzun müddət oynaya bilməyəcəyi, yalnız yanvarda komanda məşqlərinə qoşulacağı deyilən yığma üzvünün zədəsi sürətlə yaxşıya doğru dəyişməkdədi. Odu ki, Ağayev bu ayın sonu, uzağı noyabrın ilk ongünlüyündə məşqlərə start verəcək. Bu isə o deməkdi ki, Səlahəti qış fasiləsinə qədər yenidən yaşıl meydanlarda görə bilərik. Əsas qapıçının sıraya dönməsiylə bağlı xəbər, üstəgəl, Rəşadın özünü yaxşı tərəfdən göstərməsi yeni qolkiper mövzusunu arxa plana keçirib. “Qəpiyə güllə atan” “Neftçi” maraq dairəsində olan qolkiperlərlə danışıqları dayandırıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.