Sizin reklam burada

Alman həmkarlarımız göyün yeddinci qatındadı

Baxış Sayı:483

Alman həmkarlarımız göyün yeddinci qatındadı
“Qələbədən sonra futbolçuların paltardəyişmə otağında pitsa, pivə və sosiska gözləməsində qeyri-adi heç nə yoxdu”
Şimali İrlandiya, Norveç və Çexiyaya məğlubiyyətlərdən sonra yığmanın səfərdə Almaniyaya böyük hesabla uduzacağı gün kimi aydın idi. Zədəlilərin çoxluğu, Rəşad Sadıqovun milli karyerasını başa vurması, üstəgəl, cəmi 3 gün öncə Bakıda Çexiyaya məğlubiyyət. Bütün bunlar almanlar önündə növbəti darmadağını şərtləndirirdi. Lakin komandaların fasiləyə 1:1-lik heç-heçəylə yollanması futbol ictimaiyyətini az da olsa ümidləndirmişdi. Xal qazanmaq yox, az top buraxmaq baxımından. Di gəl, amansız dünya çempionları ikinci hissədə daha 4 qol vurub, yığmamızı darmadağın etdi – 5:1.
Təmsilçimiz haqda alman həmkarlarımızın nə yazdığı, millimizi necə qələmə verdikləri maraqlı olduğundan, bəzi Almaniya nəşrlərinə göz gəzdirdik. Yaxşı mənada, demək olar, heç nəyə rast gəlmədik. Bir də ki, 5 top buraxan rəqibdən nə yazacaqlar? Ancaq bəzi diqqəti çəkən ümumi mövzulara rast gəldik.
focus.de: “Bundestim dünya rekorduna imza atdı. Qrupun iki autsayderindən birinin – Azərbaycan yığmasının qapısına 5 dəfə yol tapan dünya çempionları bununla da ardıcıl 10 qələbəyə sevindi. Bu nəticədə DÇ-2010-un seçmə mərhələsində İspaniya imza atmışdı. Lakin onların top fərqi +23 idi. Almaniya isə həm 30 xal yığdı, həm də top fərqində mükəmməl göstəriciyə sahib oldu. 43-4, yəni +39. Bu isə dünya rekordudu. Xoşagəlməz hal 10 oyunda buraxılan 4 qolun ikisini azərilərdən “yeməkdi”. Bu cür rəqiblərə hər nə qədər yuxarıdan aşağı baxsan da, ehtiyatı əldən verməməlisən. Azərbaycan millisi ilk hissədə kifayət qədər təhlükəli görünürdü. Bir qol vurdular, bir neçə dəfə buna yaxın oldular. Fasilədən sonra isə meydanda əsl bundestim var idi. Rəqib meydanın mərkəzini belə keçə bilmirdi. Əmrəylə Rüdigerin bu oyuna xüsusi köklənməsi başadüşülən idi. Axı onlar da yığmada qol hesabını açmaq istəyirdilər. Və yekunda arzuları gerçəkləşdi. Möhtəşəm qələbədən sonra hər kəsin əhvalı yüksəkdi. Hətta hər zaman narazı qalmağa məqam tapan Yoahim Lövün də”.
sport1.de: “DÇ-2018-in final mərhələsindən öncə əla performans. Azərbaycan yığması üzərində qələbə olduqca vacib idi. Şimali İrlandiyanı məğlub edəndən sonra mundiala vəsiqə qazanan bundestim yeni dünya rekordu haqda düşünürdü. Və bu da baş tutdu. 10 oyunda 30 xal, +39 top fərqi mükəmməl göstəricidi. Yaxın gələcəkdə təkrarlanacağına inananlar başqa planetin sakinləri ola bilər. Qoretskanın dublu yerinə düşdü. İlk hissədə rəqibi məyus edə bilməyən Vaqner fasilədən sonra fərqləndi. Rüdigerlə Əmrə isə vurduqları qolları çətin unutsun. Hər ikisi üçün yığma formasında ilk qol kimi tarixə düşdü. İlk hissənin uğurlu alındığını demək olmaz. Qonaqlar hesabı bərabərləşdirdi, üstəlik, bir neçə dəfə təhlükəli vəziyyət yaratdılar. İkinci hissə isə bir başqa dünya idi. Rəqib qapıçının seyvləri olmasaydı, bir də Sane cavanlıq səhvlərini buraxmasaydı, yekunda tabloda “8:1” yazılacaqdı. Startda pley-off xəyalları quran azərilər isə qrupu 5-ci pillədə başa vurdu. Bu cür qələbədən sonra futbolçuların paltardəyişmə otağında pitsa, pivə və sosiska gözləməsində qeyri-adi heç nə yoxdu”.
HƏBİB

Oxşar xəbərlər
{related-news}
SON XƏBƏRLƏR