Sizin reklam burada

Vüqar Əsgərovdan növbəti qol

Müəllif: football Tarix: 9-10-2017, 20:12 807 Baxış
Vüqar Əsgərovdan növbəti qol
Sequndada 8-ci turun oyunları keçirilib. “Ximnastik” səfərdə “Tenerife”yə məğlub olub – 0:2. Eddi İsrafilov məğlubiyyəti ehtiyat oyunçular skamyasından izləyib. 5 xalla 20-ci pillədə qərarlaşan “sarı-qırmızılar” növbəti turda Tarraqonada “Qranada” ilə münasibətləri aydınlaşdıracaq.
Latviyanın 1-ci divizionunda isə 23-cü tur geridə qalıb. “Olayne” azarkeşləri önündə “Smiltene”yə qalib gəlib – 2:0. Vüqar Əsgərov 50-ci dəqiqədə komandasının ilk qolunun müəllifi olub. Həmyerlimiz qarşılaşmanı əvəzlənmədən keçirib. Hazırda bombardirlər siyahısında 3-cü olan Əsgərovun hesabında 15 qol var. 41 xalla ilk “3-lüy”ü qapayan “Olayne” növbəti turda “Preilu”nun qonağı olacaq.
SON XƏBƏRLƏR