• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xorvatlar faşist yönlü qrupun mahnısını ifa etdilər!

DÇ 2026

16-12-2022, 16:0

Bu mundialın yaddaqalan komandalarından biri olan və finalın biraddımlığında mübarizəni dayandıran Xorvatiya yığması ilə bağlı qalmaqallı xəbər var.

Football-plus.az xəbər verir ki, sosial şəbəkələrdə ölkənin bütün komanda şəklində Braziliya üzərində qazanılan tarixi qələbəni qeyd edərkən çəkilən bir video yayılıb. Həmin videoda açıq-aşkar görünür ki, xorvat futbolçular faşist yönlü “Tompson” qrupu tərəfindən ifa olunan bir mahnını səsləndirirlər.

Həmin mahnıda Yuqoslaviyanın dağılması və Bosniyadakı müharibə zamanı yaranmış, 1991-94-cü illərdə fəaliyyət göstərmiş Herseq-Bosna Xorvatiya Respublikasına dair sözlər yer alır. Videonu ən birinci “tvitter”də Bosniya və Hersoqovina yönlü “BiHFootball” səhifəsi paylaşaraq bu mahnının bosniyalılar üçün zülm, işgəncə, təcavüz və köləlik mənasını verdiyini yazıb. Daha sonra isə videonu “Aclıq və Nifrət. Balkanlarda Demokratiya böhranı” adlı kitabın mülləifi, siyasətçi və publisist Yasmin Yuranoviç paylaşıb.

O, videoda başverənləri çox çirkin bir səhnə adlandıraraq bunu çağdaş xorvat toplumunun etnik cəhətdən çürüməsinə bir sübut kimi göstərib.

Qeyd edək ki, Xorvatiyada çox populyar olan “Tompson” rok-qrupu 1990-cı ilin əvvəllərində Yuqoslaviya parçalanarkən Xorvatiyanın müstəqilliyi üçün serblərə qarşı döyüşən və faşist yönlü fikirləri ilə tanınan sabiq zabit Marko Perkoviç tərəfindən yaradılıb. Perkoviç “Tompson” adını isə həmin vətəndaş müharibəsi zamanı istifadə etdiyi eyniadlı tapança-pulemyotdan götürüb. Adətən, hərbi formada səhnəyə çıxan Perkoviç eyni zamanda İkinci Dünya Müharibəsində bir çox qətliamlar törədən xorvat faşistlərindən hesab olunan Ustaşların da mahnılarını ifa edir. Bu baxışları üzündən onun dəfələrlə yəhudilərin çox yaşadığı şəhərlərdə konsertləri ya təxirə salınıb, ya da böyük qalmaqala səbəb olub. Perkoviçin mahnıları Xorvatiyada futbol fanatları arasında çox populyardı. Yuqoslaviyanın dağılması ilə nəticələnən müharibədə, sözsüz, ən çox ziyan çəkən bosniyalılar olmuşdu. Bosniyanın xüsusilə məsülman təbəqəsi həm xorvat, həm də serblərin zülmünə məruz qalmış, nəticədə 100 mindən çox insan öldürülmüş, 2 milyondan çox insan vətənindən qaçmaq məcburiyyətində qalmışdı.

Əslində bu, Xorvatiya ilə bağlı ilk siyasi qalmaqal deyil. Bu komanda əvvəlki illərdə dəfələrlə belə qalmaqalların mərkəzində olub. Xorvatiyalı futbolçular hələ AÇ-2008-in seçmə mərhələsində səfərdə İngiltərə üzərində qazanılan qələbədən sonra birbaşa “Uembli”də “Tompson”un mahsını ifa etmişdilər. Eyni hadisə ötən mundialda qrup mərhələsində Argentina üzərində qələbədən sonra da yaşanmışdı. Deyan Lovren ilə Şime Vrsalko paltardəyişmə otağında “Tompson”un “Bojna Cavoglave” mahnısını oxumuşdular. Xorvatların faşist bir qrupun bosniyalıların belə desək, yarasına duz səpən bir mahnısını səsləndirmələri həqiqətən də rüsvayçılıqdı. Çünki xorvatların kapitanı Luka Modriç özü də müharibənin nə demək olduğunu gözəl bilir və onun acısını çox çəkib. Atası serblər tərəfindən öldürüldüyü üçün “Qızıl top”un qalibinin həyatının bir hissəsi Zadarda yerləşən qaçqın şəhərciyində keçib. O, futbola da məhz burda başlayıb. Ona görə də Modriçin kapitanı olduğu bir komandanın faşist yönlü mahnılar səsləndirməsi əsl fiaskodu.

Paylaş:
Digər xəbərlər

Maraqlı

18-10-2022, 13:0

Gəncə şəhər stadionunun futbol həsrəti tarixi derbi ilə bitdi - VİDEO

DÇ 2026

8-12-2022, 21:0

Braziliya millisi üçün xoş xəbər

Manşet / Çempionlar Liqası

16-07-2022, 13:0

"Qarabağ" Çempionlar Liqasındakı rekordunu yeniləmək istəyir - VİDEO

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə