Dünya çempionatı sona yaxınlaşır.
Football-plus.az verir ki, artıq 3-cü yer uğrunda oyunun hakimləri açıqlanıb. Xorvatiya - Mərakeş matçını qətərli FİFA referisi Əbdülrəhman Əp-Jassim idarə edəcək. Ona həmyerliləri Taleb Əl-Marri və Saud Əl-Maqaleh kömək edəcək. Dördüncü hakim funksiyasını Braziliyadan olan Rafael Klaus yerinə yetirəcək.
Qeyd edək ki, Xorvatiya – Mərakeş görüşü dekabrın 17-də saat 19.00-da keçiriləcək.