
Eyni sayda qol və vərəqə, ən az azarkeş
Premyer-liqada olduğu kimi, əvəzedicilərin çempionatında da ilk dövrəyə yekun vuruldu. Son turda baş tutan 3 qarşılaşmada 9 qol qeydə alınıb ki, bunların da 7-si meydan sahiblərinin payına düşür. Bu tura qədər qələbəyə həsrət qalan “Qarabağ” evdə “Zirə”ni darmadağın edib. “Qəbələ” isə hələ ki itkisiz irəliləyr. Bölgə təmsilçisi 7 oyunun hamısında qələbə qazanıb. Üçüncü yerdə qərarlaşan “Sumqayıt” səfərdə debütant “Səbail”lə heç-heçə oynayıb. “Qarabağ”la yanaşı ən pis nəticə göstərən digər komanda “İnter”di. Lakin sabiq “bankirlər”in ehtiyatda 2 oyunu var.
Son tur vərəqə baxamandan o qədər də məhsuldar olmayıb. “Qırmızı”nın görünmədiyi turda futbolçular ümumilikdə qapılara vurulan qollarla eyni sayda, yəni 9 sarı vərəqə alıb. Turun 3 görüşünü stadiondan cəmi 200 azarkeş izləyib. Bu da dövrənin ən aşağı göstəricisi kimi yadda qalıb. İlk dövrədən sonra bombardilər cədvəlinə “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov başçılıq edir. Onun hesabında 11 qol var. Ülvinin ən yaxın izləyicisi “Zirə”li Mikayıl İlyasov cəmi 4 qol vurub.
Xatırladaq ki, U-17 və U-19 millilərimizin toplanışları ilə əlaqədar “İnter”in “Neftçi” ilə oyunu təxirə salınıb. Səbəb isə komandanın əksər oyunçularının bu millilərin heyətinə cəlb olunmasıdı. Ötən turda da məhz bu səbəbdən paytaxt klubunun “Zirə” ilə görüşü təxirə salındı.
İndi isə sizi ilk dövrənin son turunun protokolları ilə tanış edirik.
Əvəzedicilərin çempionatı
1-ci dövrə, 7-ci tur
24. Qəbələ - Kəpəz (Gəncə) 2:0 (2:0)
Qəbələ: 13. Həsən Hüseynov, 87. Əzəmət Ələkbərli, 33. Tural Məmmərzəyev, 44. Ülvi İbazadə (k), 32. Amin Seydiyev (30. Ziya Mirzəyev, 71), 29. Hacıağa Hacılı, 99. Baxşəli Baxşəliyev (97. Ravil Yusifli, 80), 98. Rövlan Muradov, 67. Elvin Həsənov (24. Maqsud Ələkbərov, 53), 70. Ülvi İsgəndərov, 27. Səid İbadov (31. Nurlan Quliyev, 74).
Ehtiyat oyunçu: 25. Əmrah Zülfüqarlı.
Baş məşqçi: Elmar Baxşıyev.
Kəpəz: 96. Cavid Əsgərov (k), 70. Ruslan Süleymanov (27. Ayxan Quluzadə, 84), 98. Elcan Rəhimov, 32. Eltac Mirzəyev (77. Elgün Orucov, 70), 25. Fərid Bayramov, 99. Kənan Allahverdiyev, 88. Şəfi Bağırov, 72. Şöhrət Quliyev, 17. Əli Səmədov (79. Talıb Rzayev, 46), 14. Fərid Məmmədov (30. Kamal Həsən-Pur, 46), 2. Yusif Cəfərov.
Ehtiyat oyunçu: 40. Maşallah Məmmədov.
Baş məşqçi: Azər Məmmədov.
Qollar: E.Həsənov, 35 (1:0). H.Hacılı, 43 (2:0).
Vərəqələr: Ş.Bağırov, 61 (qeyri-idman hərəkəti). Y.Cəfərov, 65 (qeyri-idman hərəkəti). Ü.İbazadə, 81 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KƏRİM KƏRİMOV, Rəşadət Cəfərov, Aydın Bəxşiyev, Anar Göyçayski.
Hakim-inspektor: Novil İsmayılov.
30 sentyabr. Qəbələ. Şəhər stadionu.100 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
26. Səbail – Sumqayıt 1:1 (1:1)
Səbail: 44. Cəfər Əlizadə, 27. Elməddin Əmənov (28. Ceyhun Quliyev, 81), 33. Süleyman Mustafazadə (64. Sərxan Əhmədli, 60), 85. Xaliq İbrahimov (k), 19. Asif Mirili, 15. Aslan Hüseynov, 98. Kamran Əliyev, 21. Murtuz Abakarov (30. Nazim Kərimli, 46), 90. Emil Həsənzadə, 4. Amil Quluzadə (9. Raul Yaqubzadə, 60), 71. Vüsal Buludlu (67. Aqşin Hüseynov, 60).
Ehtiyat oyunçular: 38. Rubin Seyidov, 50. Eltun Xudadatov, 55. Tanrıverdi Məhərrəmli, 65. Ağarəhim Kərimov, 72. Samir Əliyev, 49. Nurlan Rzazadə, 70. Turan Babayev.
Baş məşqçi: Elman Sultanov.
Sumqayıt: 50. Məhərrəm Məmmədli, 71. Ramazan Həsənov, 26. Elvin Dəmirov (66. Xəzər Mahmudov, 32), 16. Məhərrəm Həsənov, 98. Murad Məmmədxanov, 4. Süleyman Piriyev (k), 39. Tural Bayramlı, 96. Elsevər Bəkirzadə (38. Müşviq Rzayev, 79), 17. Fərid Kərimzadə, 41. Ceyhun Rəcəbli (89. Nazim Bağırov, 57), 90. Ramil Həsənov.
Ehtiyat oyunçular: 31. Miremil Həsənov, 33. Elşad Əliyev, 29. Ağahüseyn Hüseynov, 21. Ramil Orucov, 75. Talıb İsgəndərov, 70. Yusif Qafarov, 47. Cavid Nəcizadə.
Baş məşqçi: Elbrus Məmmədov.
Qollar: E.Həsənzadə, 37 (1:0). M.Məmmədxanov, 45 (1:1).
Vərəqələr: M.Abakarov, 23 (qeyri-idman hərəkəti). E.Əmənov, 41 (qeyri-idman hərəkəti). M.Rzayev, 79 (qeyri-idman hərəkəti). F.Kərimzadə, 87 (hakimə etiraz) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Azər Əsgərov, Habil Əliyev, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Akif Məmmədov.
1 oktyabr. Binə. Qəsəbə stadionu. 50 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
28. Qarabağ (Ağdam) – Zirə 4:1 (4:0)
Qarabağ: 89. Nicat Mehbalıyev (94. Əfqan Fərruxlu, 88), 24. Nihad Tamazov, 16. İbrahim Aslanlı, 48. İbrahim Qədirzadə (84. Deda Yaroslav, 63), 70. Nicat Süleymanov, 17. Elçin Rəhimli (k), 34. Salman Cəfərov (38. Famin Əliyev, 46), 35. Kamran Nəsirov, 87. Arif Qədirov, 19. Famil Camalov (29. Xaqani Sadıxov, 78), 66. Cavid Bayramov (26. Rahid Ağazadə, 85).
Ehtiyat oyunçu: yoxdu.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 85. Kamal Bayramov (k), 97. Tapdıq Əhmədov (20. Camal Camalov, 73), 87. Müşviq İlyasov (45. Toğrul Xanlarov, 88), 99. Nicat Qurbanov (7. Sadio Tounkara, 46), 19. Elgün Nəbiyev (98. Elçin Əliyev, 46), 88. Milad Bayramov, 31. Elmiz İsmayılov, 33. Samir Məmmədzadə, 32. Əziz İsmayılov, 90. Muxtar Əliyev, 47. Əmrah Bayramov (80. Mirəli Məmmədzadə, 63).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 54. Nahid Zülfüqarov, 42. İbrahim Rəhimli.
Baş məşqçi: Hüseynqulu Quliyev.
Qollar: K.Nəsirov, 3 (1:0). F.Camalov, 28 (2:0). F.Camalov, 44 (3:0). İ.Qədirzadə, 41 (4:0). M.Məmmədzadə, 90+3 (4:1).
Vərəqələr: M.İlyasov, 34 (qeyri-idman hərəkəti). A.Qədirov, 61 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: NİCAT İSMAYILLI, Mübariz Haşımov, Yaşar Abbasov, Mahir Məmmədov.
Hakim-inspektor: Sahib Əliyev.
2 oktyabr. Zirə. İdman kompleksinin stadionu. 50 tamaşaçı.
Yalnız ikinci hissəyə 3-cü dəqiqə əlavə olunub.
1. Qəbələ 7 7 0 0 32-4 21
2. Zirə 6 4 0 2 12-8 12
3. Sumqayıt 6 2 2 2 10-18 8
4. Neftçi 6 2 1 3 7-11 7
5. Səbail 6 2 1 3 9-13 7
6. Kəpəz 7 1 3 3 8-11 6
7. Qarabağ 7 1 1 5 6-15 4
8. İnter 5 0 4 1 8-12 4
Bombardirlər: Ülvi İsgəndərov (Qəbələ) – 11, Müşfiq İlyasov (Zirə) - 4.