Gəncədəki yeni salınan meydanı gözləyən təhlükə
Sinan Öztürk: “Qazon ay ərzində yalnız iki oyunu qəbul edə bilər”
Gəncəli azarkeşlərin gözü yoldadı. Çempionat başlasa da, artıq ilk dövrəyə yekun vurulsa da, “Kəpəz” rəqiblərini doğma meydanda qəbul edə bilməyib. Üç ev oyununun yeri dəyişdirilib, “Kəpəz” - “Zirə” qarşılaşması isə Yevlaxda baş tutub. Buna səbəb yenilənən meydanın hələ də hazır vəziyyətə gətirilməməsidi. Xatırladaq ki, işə mayın 2-də start verilib. Və həmin tarixdən bu yana artıq 5 ay keçib. Bu müddətə yeni meydanın salınması prosesi başa çatmayıbsa, düşünməyə, hətta şübhələnməyə dəyər.
Halbuki mayda “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu qəzetimizə verdiyi açıqlamada meydanın sentyabrda, uzağı ikinci dövrənin startına kimi hazır olacağını vurğulamışdı. Sentyabr geridə qalıb, oktyabrın 14-də isə “Kəpəz” “Zirə”nin qonağı olacaq. Növbəti matçda qərblilər oktyabrın 21-də “Neftçi”ni qəbul etməlidi. Klub saytında yerləşdirilən şəkillərə baxsaq, qazonun ideal vəziyyətdə olduğunu görmək mümkündü. Lakin işlərin başa çatdırılması haqda bir söz deyən yoxdu.
Susqunluğun nədən ibarət olduğunu öyrənmək üçün iş icraçısı SİS şirkətinin icraşı direktoru Sinan Öztürklə əlaqə saxladıq: “Meydanı ən qısa vaxt ərzində hazır vəziyyətə gətirməyə çalışacağıq. Artıq tamamlama işləri gedir. İndidən dəqiq tarix söyləməkdə çətinlik çəkirəm. Çünki hava şəraiti vacib rol oynayır. Havalar hər nə qədər əlverişli olsa, işlər bir o qədər tez başa çatacaq. Şirkətimizin nəzarət işləri üzrə portuqaliyalı mütəxəssisi var. Şənbə günü Gəncəyə gəlmişdi. Görülən işlərlə yerində tanış oldu, analizlər götürdü. Elə bir problem olmadı. Analizlərin cavabı yaxın günlərdə AFFA-ya göndəriləcək. Həmin cavablara əsasən də qərar veriləcək. “Neftçi”ylə oyunun Gəncədə keçirilib-keçirilməyəcəyinə dair dəqiq söz deməyim mümkünsüzdü. Əslində iş daha tez yekunlaşa bilərdi. Sadəcə, yayda havaların hədsiz isti keçməsi müəyyən çətinlik yaratdı”.
Deyək ki, qazon yaxın 15-20 gün ərzində hazır olacaq və “Kəpəz” oktyabrın 21-də rəqibini doğma meydanda qəbul edəcək. İş burasındadı ki, gəncəlilərin ikinci dövrəyə təsadüf edən 7 oyundan 6-sı məhz Gəncədə keçirilməlidi. Bu isə o deməkdi ki, “Zirə” ilə səfər matçından sonra ardıcıl 6 oyun yeni salınmış örtükdə baş tutacaq. Üstəlik, komandaların oyunöncəsi məşqləri də var. Payız aylarını, yəni yağışı və sulu qarı nəzərə alsaq, meydanın yüklənməyə tab gətirəcəyi inandırıcı deyil. Maraqlıdı ki, Sinan bəy də bizimlə eyni fikirdədi: “Tam haqlısız. Özümüz də bu haqda düşünmüşük. Bu işin standartı elədi ki, qazon ay ərzində yalnız iki oyunu qəbul edə bilər. “Kəpəz” bir həftə səfərdə, bir həftə evdə oynamalıdı. Təbii ki, bununla bağlı klub rəhbərliyini, sponsorları məlumatlandıracağıq. Bizim işimiz meydanı hazır vəziyyətə gətirib təhvil verməkdi. Bununla yanaşı, məsləhətlərimizi bildirməkdi. Sonrakı qərarlar isə klub rəhbərliyinin olacaq”.
HƏBİB

Son xəbərlər

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

Bütün xəbərlər