• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Türkiyə futbolu Avropa səviyyəsindədi”

Dünya futbolu

8-12-2022, 18:0

Toplanış üçün Antalyaya gələn klublardan biri də “Napoli”di.

Football-plus.az xəbər verir ki, A seriyasında inamla turnir cədvəlinə başçılıq edən və ən yaxın rəqibindən 8 xal öndə olan, eləcə də ÇL-də qrupdan lider kimi çıxan neapollular hələ ki mükəmməl mövsüm keçirir. Komandanın təcrübəli baş məşqçisi Luçano Spalletti türkiyəli həmkarlarımıza açıqlamalar verib. Türkiyədə çalışan italiyalı məşqçilərdən və komandasına Türkiyədən gəlmiş oyunçulardan bəhs edən 63 yaşlı mütəxəssis Fatih Terimə də tərif yağdırıb:

“Hazırda Montella, Pirlo və Farioli Türkiyə çempionatında işləyir. Fariolini yaxından tanıyıram. Dost münasibətlərdəyik. Böyük potensiala malik olduğunu bilirəm. Montella isə “Adana Dəmirspor”un başında önəmli işlər görür. Komandası 3-cü pillədədi. Montella mənim sabiq yetirməmdi. Məşqçi kimi dəfələrə üz-üzə gəlmişik və məni bir neçə dəfə məğlub edib. Bir gün mən də Türkiyədə işləmək istərdim. Bəziləri Türkiyəyə 2-3-cü səviyyəli futbol ölkəsi kimi baxsa da, bu, yanlış fikirdi. Türkiyə futbolu Avropa səviyyəsindədi. Önəmli məşqçilərin bura çalışmağa gəlməsi təsadüf deyil. Onlar burdakı potensialı görürlər. Əslində istedadlı futbolçular hər yerdə var. Sadəcə, o istedadı inkişaf etdirib ortaya çıxarmaq lazımdı. Türkiyə bu cəhətdən seçilir. “İmperator” Fatih Terim vaxtilə İtaliyada işləmişdi. “İmperator” ləqəbi onun komandalarına necə güc verdiyini, futbolçular üzərində necə hakimiyyət qurduğunu göstərir. Ona böyük hörmətim var. Münasibətlərimiz çox yaxşıdı. Bəzən elə olur ki, illərcə görüşmürük. Amma bu heç nəyi dəyişmir. İllərdən sonra bir-birimizi görəndə sanki ailə üzvü kimi görüşürük. Qucaqlaşıb uzun-uzadı söhbət edir, hekayələrimizi danışırıq. Florensiyanın kənarında yaşayıram. Ordakı insanların Terimi necə sevdiyini, onun haqda nə düşündüyün öz gözlərimlə görmüşəm. Nə qədər böyük bir şəxs olduğunu dərhal anlamaq mümkündü. Kulibali müdafiəmizin dirəyi sayılırdı və onun gedişindən sonra güclü bir müdafiəçi almalıydıq. Kim Min Çjenin necə potensiala malik olduğunu anlamaq üçün onu bircə dəfə izləməyim kifayət etdi. Ümidlərimi boşa çıxarmadı. Bizdəki oyunu ilə necə səviyyəyə malik olduğunu və necə böyük bir çempion olduğunu göstərir. Onu itirəcəyimizdən qorxmuruq. Neapol futbolla yaşayan şəhərdi. Ona görə də bu kluba gələnələr orda bir neçə il qalmağa üstünlük verir. Bizim klub olaraq da əlimizdəki oyunçuları saxlamaq üçün hər cür imkanımız var. Elif Elmas oynasa da, oynamasa da, gözümün nurudu. Bir neçə mövqedə oynamağa qadir olan və güclü xarakteri ilə seçilən futbolçudu. Daim üzərində çalışmaq və inkişaf etmək istəyir. Nə olur-olsun, mənim üçün həmişə dəyərli futbolçu kimi qalacaq. Komandamı təbrik edirəm. Mövsümü çox yaxşı keçiririk. Amma bu 1 aylıq fasilədə diqqətli olmalıyıq. Fasilədən sonra da əvvəlki formamızda qala bilsək, bu, bizim üçün əlavə üstünlük olacaq. Ən azı xal itkilərini minimuma endirməliyik. Çünki onsuz da bütün oyunlarda qalib gəlmək mümkün deyil. Hardasa mütləq xal itirəcəksən. İdeal komanda deyilik. Hələ də inkişaf etməyə ehtiyacı olan yönlərimiz var. Düzdü, səviyyəmizin maksimumunu ortaya qoyanda bu çatışmazlıqlar gözə görünmür. Antalyanı əvvəlki illərdən də gözəl tanıyıram. “Zenit”i çalışdırdığım dönəmdə bura iki dəfə gəlmişdik. Klubların əla hazırlıq keçməsi üçün gözəl şərait var. Buranın havası da əladı. Amma istəməzdim ki, Antalyaya öyrəşək. Çünki Neapola qayıtdıqda bizi yenə sərt qış havası gözləyəcək. Qaldığımız otelin səviyyəsinə söz ola bilməz. Yaxın gələcəkdə “Napoli” ilə bura yenidən gəlmək istərdim”.

Oxunub: 114
Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-09-2022, 20:0

Montella Türkiyə çempionatını təriflədi

Dünya futbolu

2-10-2021, 13:0

Spalletti həmkarlarını arxada qoydu

Yığma

15-12-2021, 15:0

Məşqçilərimiz Türkiyədə

Dünya futbolu

1-09-2022, 22:0

Balotellinin Türkiyə macərası başa çatdı

Dünya futbolu

28-08-2022, 11:0

Komanda qalib gəldi, Montella ilə Balotelli dalaşdı!

Dünya futbolu

5-06-2022, 16:0

Pirlo Türkiyədə işləyəcək?

Aktual
Rəşad Sadıqov onu “Zirə”yə qaytaracaq? – ÖZÜ AÇIQLADI
"Qarabağ"ın futbolçusu Rusiya klubuna keçməkdən imtina etdi
Yaşar Vahabzadə: “Vidadi Rzayev kişidisə, düzünü desin"
PFL 28 oyundan 13-nü göstərib
Xəyal Zeynalov: “Şahruddini həddən artıq şişirdərək şəxsiyyətinə pərəstiş yaratmışıq”
PFL rəsmisi Murad Musayevin iradları ilə razılaşmadı
Son xəbərlər
  • Dünən, 23:30
    3-cü tura yekun vuruldu
  • Dünən, 23:15
    Mahir lağlağını haqq edir? - KÖŞƏ
  • Dünən, 22:51
    Elvin Yunuszadənin “Kəpəz-2”də oynaması rəhbərlikdən asılıdı
  • Dünən, 22:30
    Məşqçidən qeyri-adi bəhanə: Ailə qurduğuna görə “Qaradağ Lökbatan”dan ayrılıb
  • Dünən, 22:10
    Ömür: “Get” desələr, gedəcəm, “qal” desələr, qalacam”
  • Dünən, 21:50
    İkardi Naraya “cavab atəşi açıb”
  • Dünən, 21:30
    Valensiya “Qalatasaray” fanatlarını təriflədi
  • Dünən, 21:10
    “Beşiktaş”a yenidən çempion olmağa gəlmişəm”
  • Dünən, 20:55
    “Benfika”da daha iki yeni oyunçu
  • Dünən, 20:30
    UEFA transfer qaydalarını dəyişəcək?
  • Dünən, 20:10
    Milli komandamız “Tour of Sharjah” yarışında mübarizəyə uğurla başladı
  • Dünən, 19:55
    “Çelsi”dən İngiltərədə transfer rekordu - ARAŞDIRMA
  • Dünən, 19:30
    "Azərbaycanda bu idman növünə həvəskar səviyyədə yanaşılır"
  • Dünən, 19:10
    MS gənc oyunçu aldı
  • Dünən, 18:55
    “Tottenhem”də yeni hücumçu
  • Dünən, 18:30
    Levandovskinin 11-ci uğuru
  • Dünən, 18:15
    Ronaldo ilə Mendeşin arası niyə dəyib?
  • Dünən, 17:54
    47 illik həsrət bitdi
  • Dünən, 17:34
    Fərid Nəbiyev: “Razıyam, burda oynamaq çətindi, qazon çox ağırdı”
  • Dünən, 17:17
    Azarkeşlər "Qarabağ"ın rəqibini ziyana saldı
  • Dünən, 16:53
    Əvvəlcə Ronaldo ilə sonra Braziliyada
  • Dünən, 16:46
    Almaniya klubu 3 milyon avro xərcə düşdü
  • Dünən, 16:13
    Almaniya klubundam İngiltərəyə
  • Dünən, 15:30
    "Union"dan iki transfer
  • Dünən, 15:03
    Niderlandlı futbolçu İtaliya klubunda
  • Dünən, 14:54
    "Lans"dan 3,9 milyonluq transfer
  • Dünən, 14:37
    Almaniyadan İspaniya klubuna
  • Dünən, 14:13
    "Nottingem Forest"dən iki transfer
  • Dünən, 13:55
    “Ximki”nin azərbaycanlı sponsoru: “Oğlum oynayanda da komanda uduzurdu, oynamayanda da”
  • Dünən, 13:21
    "Nant": 2 futbolçu gəldi, 1-i getdi
  • Dünən, 13:16
    Sloveniyalı futbolçu İtaliya klubunda
  • Dünən, 12:57
    "Fiorentina": biri getdi, digəri müqavilə yenilədi
  • Dünən, 12:49
    Latviya klubundan İtaliyaya
  • Dünən, 12:37
    Londondan Acunun komandasına
  • Dünən, 12:10
    "Lester"dən 14 milyonluq transfer
Daha çox
Oxunub: 2 911
Yaşar Vahabzadə: “Vidadi Rzayev kişidisə, düzünü desin"
Oxunub: 2 555
Bu arena "Neftçi"nin ixtiyarına verildi
Oxunub: 746
“Mənə görə “Kəpəz”dən gedibsə, “Şamaxı”da özünü göstərsin, Vidadinin səhv olduğunu sübut etsin” - AÇIQLAMA
Oxunub: 579
Şəfəq Kərimova: “Voleybolla məşğul olmağa başlayanda anamın tək istəyi o oldu ki...” – LAYİHƏ
Oxunub: 532
"Qarabağ"ın futbolçusu Rusiya klubuna keçməkdən imtina etdi
Oxunub: 493
"Zirə" yeni baş məşqçinin adını yaxın günlərdə açıqlayacaq - RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə