FİFA-nın Nizam-İntizam Komitəsi SFF-yə 10 min İsveçrə frankı (10162 avro) cərimə kəsib.
Football-plus.az xəbər verir ki, qurumun belə qərar qəbul etməsinə Seneqal yığmasının media ilə bağlı reqlamentin müddəalarını pozması səbəb olub. Milli komandanın heç bir oyunçusu qrup mərhələsinin 3-cü turunun Ekvadorla oyunundan (2:1) əvvəl keçirilən mətbuat konfransında iştirak etməmişdi. Baş məşqçi Aliu Sisse bunu “heç olmasa, bir futbolçunun oyundan əvvəl 3 saat yolda qalmasını istəmirəm”, - deyə izah edib. Xatırladaq ki, Seneqal 1/8 finalda İngiltərə ilə qarşılaşacaq.
Yeri gəlmişkən, FİFA eyni səbəbdən Almaniya Futbol İttifaqını da 10 min İsveçrə frankı cərimələmişdi.