
Prosineçki heyəti açıqladı
Yığmanın Çexiya və Almaniya ilə oyunlar üçün heyəti açıqlanıb. Baş məşqçi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin son iki qarşılaşması üçün 24 futbolçuya dəvət göndərib. Xorvat mütəxəssis əvvəlki toplanışla müqayisədə bəzi dəyişikliklər edib. Zədəli Səlahət Ağayevi Emil Balayevlə əvəzləyən Prosineçki son oyunlarda meydanda görünməyən Ağabala Ramazanova da siyahıda yer verməyib: qapıçılar - Kamran Ağayev (“Mlada Boleslav”, Çexiya), Anar Nəzirov (Zirə), Emil Balayev (Səbail); müdafiəçilər - Tərlan Quliyev (İnter), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Məhəmməd Mirzəbəyəv, Ruslan Abışov (hər ikisi “Neftçi”), Ürfan Abbasov (Qəbələ); yarımmüdafiəçilər - Rahid Əmirquliyev, Qara Qarayev, Mahir Mədətov, Əfran İsmaylov, Riçard Almeyda (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Ertsgebirge”, Almanya), Təmkin Xəlilzadə (Zirə), Cavid Hüseynov (Qəbələ), Araz Abdullayev (“Anortosis”, Cənubi Kipr) Namiq Ələsgərov (Neftçi); hücumçular - Ruslan Qurbanov (Qəbələ), Ramil Şeydayev (Qarabağ), Renat Dadaşov (“Ayntraxt”, Almanya).
Qeyd edək ki, yığma oktyabrın 5-də Bakıda Çexiya, 3 gün sonra Kayzerslauterndə Almaniya ilə qarşılaşacaq.
FARİZ