Yığmamız yenə almanlarla qarşılaşacaq
Ölkəmizdə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında 1/4 finalçılar müəyyənləşdi. Srağagün və dünən baş tutan 4 oyunla pley-off mərhələsi arxada qaldı. Sentyabrın 26-da reallaşan ilk görüşdə azarkeşlər nəfəskəsən qarşılaşma izlədi. Bir çoxları vaxtilə “Lokomotiv”in formasını geymiş Aneta Havliçkovanın liderliyi fonunda Çexiyanın qalib gələcəyini gözləsə də, əzmkar mübarizə sərgiləyən, “Azəryol”un sabiq üzvü Oksana Kovalçukun şərəfini qoruduğu Belarus sevinən tərəf oldu – 3:2 (18:25, 23:25, 27:25, 25:22, 17:15). Günün ikinci qarşılaşmasında isə favoritlər sırasında adı çəkilən Hollandiya Xorvatiyanı rüsvay etdi – 3:0 (25:18, 25:8, 25:21).
Dünən isə Milli Gimnastika Arenasında yerli azarkeşlərin maraq göstərdiyi iki matç baş tutdu. Əvvəlcə Türkiyə Polşanı üstələdi – 3:1 (25:22, 27:25, 18:25, 25:23). Bizim üçün daha böyük maraq kəsb edən oyun Bolqarıstan – Almaniya görüşü idi. Çünki bu cütün qalibiylə yığmamız 1/4 finalda qarşılaşacaqdı. Bir çoxları güclü hücumçulara malik Bolqarıstanın qələbəsini proqnozlaşdırırdı. Çünki Türkiyəni üstələyən bolqarlar ruslara tay-brekdə uduzmuşdu. Ancaq almanlar 5 setdə bolqarların öhdəsindən gələ bildi – 3:2 (14:25, 25:20, 16:25, 25:19, 15:11).
Beləliklə, 1/4 finalda İtaliya – Hollandiya, Serbiya – Belarus, Azərbaycan – Almaniya, Rusiya – Türkiyə qarşılaşmaları keçiriləcək.

Reaksiyalar
Ceymi Morrison, Hollandiyanın baş məşqçisi: “Komandamın sərgilədiyi oyundan razıyam. 1/4 finala vəsiqə qazandıq. Xüsusən ilk setin ortalarında çox yaxşı mübarizə apardıq. Bu, ikinci setdə də baş verdi və dominantlıq etdik. Üçüncü set isə bizim üçün ağır keçdi. Şadam ki, çəti vəziyyətdən çıxıb qələbə qazandıq. Çexiya ilə görüşdə olduğu kimi həyəcanlanmadıq və bu da yekun nəticədə əksini tapdı”.
Seleste Plak, Hollandiyanın voleybolçusu: “Qrupda çox yaxşı oynamasaq da, xoşbəxtlikdən pley-offa vəsiqə qazandıq. Bu gün isə Xorvatiyaya qarşı çox yaxşı mübarizə apardıq. Bu gün hücumda çoxlu xal qazandıq. Servislərimiz də yaxşı idi. Biz bu səviyyəni qorumalıyıq. Güclü komandalara qalib gəlmək istəyiriksə, bir az da “artırmalıyıq”. Görək 1/4 finalda çıxışımız necə alınacaq. İnanıram ki, uğur qazana bilərik”.
İqor Lovrinov, Xorvatiyanın çalışdırıcısı: “Hollandiyanın bizdən güclü olduğu aşkar görünürdü. Onlar tam layiqli qələbə qazandılar. Bu oyun haqda geniş şərh verə bilmərəm. Hollandlar əla voleybol sərgilədi. Səbirsizliklə onların 1/4 finalda İtaliya ilə qarşılaşmasını gözləyirəm. Komandamın Avropa çempionatında çıxışından razıyam. Nəzərə almaq lazımdı ki, cəmi iki həftə əvvəl Xorvatiya millisinin baş məşqçisi təyin olunmuşam. Bəlkə də Tiflisdə bir qədər imkanlarımızdan aşağı səviyyədə çıxış etdik. Ancaq ümumilikdə voleybolçulardan razı qaldım”.
Rene Sain, Xorvatiyanın liberosu: “İlk setdə nə baş verdiyini anlamadım. İkinci set isə bizim üçün qara dəliyə bənzəyirdi. Bu, çox pis idi. Etiraf etməliyəm ki, Hollandiya çox yaxşı komandadı. Mənə aydın oldu ki, onlara müqavimət göstərə bilməyəcəyik. Hollandlar matçın əvvəlindən çox sürətli oynayırdılar. Mən çox gəncəm. Bu səviyyədə yarışda ilk dəfə iştirak edirəm. Bu Avropa çempionatı yaddaşıma həkk olundu. Çünki ilklər heç vaxt unudulmur”.
Oksana Kovalçuk, Belarusun hücumçusu: “Gürcüstan və Azərbaycanda keçirilən Avropa çempionatına yollananda iddiamızı gizlətmirdik. Ancaq Xorvatiya ilə oyunda 2 set uduzduq. Daha sonra əzmkarlıq nümayiş etdirib, 3:2 hesablı qələbəyə sevindik. Qrupda oyundan-oyuna “artırdığımızı” düşünürəm. 1/4 finala vəsiqə qazanmaq bizim üçün böyük uğurdu. Heyətimizdə çoxlu gənc və istedadlı voleybolçu var. Onların hamısı ölkə xaricində karyera qurmağı arzulayır. Bizdən gözləntilər böyükdü. Belarus Voleybol Federasiyasında yenicə prezident dəyişikliyi baş verib. İndi qurumun başqanı sabiq beynəlxalq hakim Aleksandr Pyasetskidi. O, voleybolu çox yaxşı bilir və sevir. Biz ondan böyük dəstək alırıq. Azarkeşlər bizdən buzüstü hokkeydə olduğu kimi yüksəliş gözləyir. Fikrimcə, bacardığımız qədər mübarizə aparacağıq. Başqa yolumuz yoxdu. Biz artıq taktikamızı dəyişməliyik. Xorvatiya və Çexiya ilə oyunlarda geridən gəlib “tay-brek”də qələbə qazandıq. Artıq elə oynamalıyıq ki, belə çətin vəziyyətə düşməyək”.

AÇ-nin afişası
Bu gün
18.00 İtaliya - Hollandiya, 20.30 Serbiya - Belarus (Milli Gimnastika Arenası)

Son xəbərlər

Millimiz Avropada 1-ci oldu

Avropa çempionatında 1 gündə 2 medal

6-cı dəfə icarəyə verildi

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm"

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Ozan Tufan rəsmən ''Hall Siti''nin oyunçusu oldu

Bütün xəbərlər