Serxio Busketsin Səudiyyə Ərəbistanında oynamaq imkanı olub.
Lakin o, Asiyada çıxış etmək istəmədiyi üçün bu ölkədən aldığı təklifi qəbul etməyib. Təcrübəli futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. “Mundo Deportivo” qəzeti onun ABŞ çempionatının yüksək liqası sayılan MLS-də oynamaq istədiyini xəbər verib.