Sizin reklam burada

Növbəti mövsümün püşkü atıldı

Baxış Sayı:1 450

Növbəti mövsümün püşkü atıldı
Futzal Federasiyasının mətbuat katibi olacaq
Dünən AFFA-nın binasında futzal üzrə növbəti ölkə çempionatının püşkü atılıb. Xəbər verdiyimiz kimi, 2017/18 mövsümündə 7 komanda mübarizə aparacaq ki, "Araz", "Ekol", "Neftçi", "Yasamal" və "Xəmsə" “köhnələr”, "Marafon"la “İtaldizayn” isə debütantdı. Püşkə əsasən ilk turda debütantlar bir-biriylə, həmçinin "Ekol" "Araz"la, "Neftçi" isə "Yasamal"la üz-üzə gələcək. Hər turda bir komanda dincələcək ki, əvvəlcə “Xəmsə" növbəsini gösləyəcək.
Onu da qeyd edək ki, çempionat 4 dövrədən ibarət olacaq və hər komanda mövsümdə 24 oyun keçirəcək. İlk tur sentyabrın 30-da "ABU Arena"da olacaq. İkinci turdan etibarən isə matçlar Bakı İdman Sarayında keçiriləcək.
Yeri gəlmişkən, Futzal Federasiyasında yeni təyinat gerçəkləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Mahal Məmmədov bundan sonra Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edəcək. Məmmədovun 2006-cı ildən assosiasiyada çalışdığını, vaxtilə "Futbol dünyası" qəzetinin əməkdaşı olduğunu da əlavə edək. O, tez-tez futzal yığmasının səfər oyunlarına ezam olunduğuna görə bu təyinata təəccüblənməmək olar. Qeyd edək ki, buna qədər Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri postu boş idi.
Bu arada Avropa çempionatında pley-off mərhələsinə yekun vurulub. Sentyabrın 26-da keçirilən cavab görüşlərində maraqlı nəticələr qeydə alınıb. Fransa və Polşanın adını final mərhələsinə yazması xüsusi qeyd olunmalıdı. Günün nəticələrini nəzərinizə çatdırırıq:
Polşa – Macarıstan 6:4 (ilk oyun – 1:2)
Gürcüstan – Rumıniya 4:7 (ilk oyun – 2:2)
Xorvatiya – Fransa 4:5 (ilk oyun - 1:1)
Serbiya – Çexiya 4:4 (ilk oyun - 4:3)
Beləliklə, 2018-ci ilin əvvəlində Sloveniyada təşkil ediləcək və yığmamızın da qatılacağı final mərhələsində bütün iştirakçıların adları dəqiqləşdi.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR