UEFA Bəhram Bağırzadəni Zabit Səmədovla əvəzlədi
Srağagün UEFA-nın saytında yer alan bir informasiya ölkəmizdə böyük müzakirəyə yol açdı. Belə ki, ÇL-in qrup mərhələsinin məşhur azarkeşləri açıqlandı. Qitə futbol qurumunun saytı turnirin iştirakçısı olan 32 komandanın hər birinin tanınmış fanatını müəyyənləşdirib. Maraqlıdı ki, əvvəlcə “Qarabağ” məşhurlardan Bəhram Bağırzadənin fanatlıq etdiyi komanda kimi təqdim olunmüşdu. “Neftçi”nin Müşahidə Şurasının sabiq üzvünün yer aldığı bu siyahıda kifayət qədər məşhur adlar da var. Onlar arasında Şahzadə Albert, Kral 6-cı Filip, Sergey Lavrov, Madonna, Monika Beluççi, Luçano Pavarotti yer alıb. İdman adamlarından isə Useyn Bolt, Roje Federer, Kobi Brayant, Erik Kantona, Sergey Bubka, Rafael Nadal da UEFA-nın siyahısına düşüb.
Ancaq “Qarabağ”ın ən məşhur azarkeşi kimi Bəhram Bağırzadənin adının qeyd olunması ölkəmizdə birməmalı qarşılanmadı. Xüsusən vaxtilə “Neftçi” rəhbərliyində təmsil olunmuş birinin fərqləndirilməsini çoxları doğru saymadı. Bunu daha çox haqq edənlərin adı açıqlandı, müzakirələr aparıldı, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə məsələ dartışıldı. Maraqldı ki, tezliklə UEFA siyahıda düzəliş etdi, Bağırzadə ilə bağlı abzas yığışdırıldı. Bununla bağlı Bəhram bəy report.az saytına açıqlamasında belə dyeib: "Kim mənim "Qarabağ" azarkeşi olmadığımı UEFA-ya yazıbsa, Allah canını sağ eləsin. Bu məsələdən o qədər danışdılar ki, axırda adımı da siyahıdan çıxardılar. Başqa cür necə ola bilərdi?! Sanki ötən əsrin 30-cu illəridi, donos yazırlar. Bəhramın adının məşhur fanatlar siyahısından çıxarılmasına ən çox sevinənlər ermənilərdi. Onların KVN komandasını 1992-ci ildə məğlub edən "Bakılı oğlanlar"ın üzvünün məşhur fanatlar siyahısından çıxarılmasına gülürlər. Amma bunlar mənim üçün xırda şeylərdi. Sadəcə, adama qəribə gələn odu ki, niyə özümüz belə əməllərə əl atırıq?! Paxıllıq kişilərə yox, qadınlara məxsusdu. Hazırda elə məqamdı ki, hamımız Qarabağ ətrafında - istər torpaq, istərsə də komanda anlamında - sıx birləşməliyik. Bu gün nəinki Bakı Olimpiya Stadionundakı 70 min tamaşaçı, hətta Azərbaycanın 10 milyonluq əhalisi "Qarabağ" deyəcək. Erməniləri yenərək, "Əsrin çempionu" olmağımız, aprel döyüşlərindəki qələbə bizə öz torpaqlarımızı qaytarmağa hazır olduğumuza dair böyük ümidlər bəxş etmişdi. Bu gün həmin ümidləri "Qarabağ" komandası yaşadır. Mən də hamı kimi "Qarabağ" deyirəm".
Onu da qeyd edək ki, UEFA-nın düzəlişindən sonra "Qarabağ"ın yeni ulduz fanatı kimi Zabit Səmədov göstərilib. Bildirilir ki, Azərbaycanın ən güclü qaydasız döyüş ustalarından olan Səmədov ağdamlıların azarkeşidi. O hələ qrup mərhələsindən əvvəl klubu şəxsi "instaqram" səhifəsində bu sözlərlə dəstəkləyib: "Biz sizin üçün dua edəcəyik, uşaqlar. Sən mənim qəhrəmanımsan. Allah səninlədi. Sən ən güclüsən".
Görünür, dəyişikliyin səbəbi ciddi qınaq olub. Onu da qeyd edək ki, ən məşhur fanatın seçimi zamanı UEFA sorğunu kluba göndərmir. Bu haqda məlumatı “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovdan aldıq. O bildirdi ki, UEFA-nın hər ölkədə əməkdaşları var və seçim zamanı onlarla əlaqə saxlayırlar. Yəni klubun məsələyə aidiyyatı yoxdu.
Beləliklə, 32 komandanın məşhur azarkeşlərini diqqətinizə çatdırırıq.
A qrupu
Benfika (Portuqaliya) - Madonna
MY (İngiltərə) – Useyn Bolt
Bazel (İsveçrə) – Roje Federer
ÇSKA (Rusiya) – Denis Lebedev

B qrupu
Bavariya (Almaniya) – Niko Rosberq
PSJ (Fransa) – Teddi Riner
Anderlext (Belçika) – Eddi Merks
Seltik (Şotlandiya) – Rod Stüart

C qrupu
Çelsi (İngiltərə) – Uill Ferrell
Atletiko (İspaniya) – Kral 6-cı Filip
Roma (İtaliya) – Monika Beluççi
QARABAĞ (AZƏRBAYCAN) – ZABİT SƏMƏDOV

D qrupu
Yuventus (İtaliya) – Luçano Pavarotti
Barselona (İspaniya) – Kobe Brayant
Olimpiakos (Yunanıstan) – Mikis Teodorakis
Sportinq (Portuqaliya) – Erik Kantona

E qrupu
Spartak (Rusiya) – Sergey Lavrov
Sevilya (İspaniya) – Paz Veqa
Liverpul (İngiltərə) – Samuel L.Cekson
Maribor (Sloveniya) – Anje Kopitar

F qrupu
Şaxtyor (Ukrayna) – Sergey Bubka
MS (İngiltərə) – Qallaher qardaşları
Napoli (İtaliya) – Paolo Sorrentino
Feyenoord (Hollandiya) – Dennis van der Gest

G qrupu
Monako (Fransa) – Şahzadə Albert
Porto (Portuqaliya) – Sara Sampayo
Beşiktaş (Türkiyə) – Viqqo Mortensen
Leyptsiq (Almaniya) – Ralf Möller

H qrupu
Real (İspaniya) – Rafael Nadal
Borussiya D (Almaniya) – Elen Fişer
Tottenhem (İngiltərə) – Rupert Qrin
APOEL (Cənubi Kipr) – Yon Arne Riise
FARİZ

Son xəbərlər

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"Neftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

Bütün xəbərlər