Sizin reklam burada

“Neftçi" layihəyə qoşulur, Səlahət əməliyyat olundu

Title
“Neftçi" layihəyə qoşulur, Səlahət əməliyyat olundu
"Neftçi”nin də üzvü olduğu Avropa Klublar Assosiasiyası "Beactive” layihəsini davam etdirir. Artıq üçüncü dəfə həyata keçiriləcək layihənin təbliğatına assosiasiyanın üzvü olan klublar da qoşulub. Avropada fiziki fəalliğın artırılmasına hesablanan layihə çərçivəsində qitənin bütün ölkələrində idmana çağırışlar səsləndiriləcək və insanlar fəal olmağa çağırılacaqlar. Çağırışa irqindən, dini mənsubiyyətindən və yaşından asılı olmayaraq, hər kəs qoşula bilər. "Neftçi” də öz növbəsində növbəti dəfə bu layihəyə qoşulur, insanları sağlam və fəal həyat tərzinə dəvət edir.
Yeri gəlmişkən, “Neftçi”nin və milli komandamızın qapıçısı Səlahət Ağayev Türkiyə əməliyyat olunub. "Acıbadəm” xəstəxanasında gerçəkləşən əməliyyat uğurlu alınıb. Səlahət qış fasiləsinə kimi meydana çıxa bilməyəcək.
Xatırladaq ki, "Zirə” ilə oyunöncəsi məşqdə zədələnən Ağayevə sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu qoyulmuşdu.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.