Sizin reklam burada

“Klassiklər” DÇ-də dörd medal qazandı

Baxış Sayı:571

“Klassiklər” DÇ-də dörd medal qazandı
Litvanın Klaypeda şəhərində hərbçilər arasında keçirilən güləş üzrə 32-ci dünya çempionatı davam edir. Üçüncü yarış günündə yunan-Roma güləşçilərimizdən Sənan Əlimirzəyev (71 kq), Murad Məmmədov (59 kq) və Kərim Cəfərov (66 kq) xalça üzərinə çıxıb. Onlardan yalnız Məmmədov bürünc medala sahib olub. Əlimirzəyev və Cəfərov isə 5-ci yeri tutub.
Son yarış günündə Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxıb. Feyziyev fəxri kürsüdən kənarda qalıb. Vəzirzadəylə Nuriyev gümüş, Abbasov isə bürünc medal qazanıb.
Qeyd edək ki, Həsən Əliyev (75 kq) məşqdə zədələndiyindən yarışda iştirak edə bilməyib. Mundialda 22 ölkədən 320-yə yaxın idmançının iştirak etdiyini də xatırladaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR