“Araz” daha bir braziliyalı transfer etdi
“Araz” UEFA Futzal kubokuna və premyer-liqaya hazırlıq prosesini başa vurub. Dünən komanda son məşqinə çıxıb. Bu gün isə Joze Alesio da Silva yetirmələrinə istirahət verib. Sabahdan sırf çempionatın ilk turuna hazırlıq başlayacaq. Yeri gəlmişkən, çempionatın açılış turu sentyabrın 30-na planlaşdırılıb. Ancaq hələ ilk turun oyun cədvəli bəlli deyil. Ümumiyyətlə, çempionatın püşkü atılmayıb. Püşkatma mərasimi ayın 26-27-nə planlaşdırılıb.
Bu arada “Araz” daha bir legionerlə güclənib. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, Naxçıvan təmsilçisi heyətini braziliyalı ilə gücləndirib. Alesio Qazaxıstandan tanıdığı həmyerlisi, “Ayat” klubunda forma geyən Maykon da Silva Qayevskini “Araz”a gətirib. Maykoninyo kimi də tanınan futzalçının 22 yaşı var. O, 2016-nın oktyabrında “Ayat”a transfer olunub. Başqa sözlə, braziliyalı sonuncu klubunda 11 ay top qovub. 168 sm boya, 70 kiloqram çəkiyə malik Maykonun “Ayat”ın heyətində 15 oyun keçirdiyini və 9 qola imza atdığını da əlavə edək. Onun meydanda olduğu 15 oyunda “Ayat” 5 qələbə qazanıb, 2 heç-heçə edib və 8 dəfə meydanı xalsız tərk edib.
Beləliklə, “Araz”ın braziliyalılarının sayı 6-ya çatıb. Buna qədər Eduardo, Tyaqo, Qallo, Vilela və Qabriel naxçıvanlıların uğurları üçün “tər tökürdü”. Alesionun tanıdığı və güvəndiyi birini transfer etməsiylə işimiz yoxdu, necə deyərlər, xeyirli olsun. Məsələ burasındadı ki, bu transfer yubanıb. Maykonu məsul yarışa hazırlıq məqsədi ilə təşkil olunan təlim-məşq toplanışı başa çatandan sonra gətirmək məntiqlidi?
MİRAĞA

Son xəbərlər

“Dalğa Arena”da 4 qol - VİDEO

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Bütün xəbərlər