Sizin reklam burada

İsgəndər Cavadov Futbol Akademiyası yaratdı

Title
İsgəndər Cavadov Futbol Akademiyası yaratdı
Baş məşqçi postu Qəhrəman Əliyevə tapşırılıb
Yaxın günlərdə Bakıda daha bir Futbol Akademiyası fəaliyyətə başlayacaq. “Bakı”nın təlim-məşq bazasında yaradılan akademiya “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” adlanır. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, veteran futbolçu adını daşıyan futbol ocağının maliyyəşməsini də öz üzərinə götürüb. Mənbəmizin sözlərinə görə, gələcəklə bağlı böyük planlar quran rəhbərlik ilkin mərhələdə 5 yaş qrupu üzrə - U-10, U-11, U-12, U-13, U-14 və U-15 komandaları formalaşdırıb. Bölgələrdə aparılan seleksiya işlərindən sonra yeni yaradılmış akademiyaya perspektivli uşaqlar cəlb olunub. Akademiyanın baş məşqçisi postu isə Qəhrəman Əliyevə tapşırılıb. Onu da bildirək ki, “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” nın komandaları artıq bu ildən AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qrupu üzrə çempionatlarda iştirak edəcək.
Bütün bu məsələlərlə bağlı yaxın günlərdə mətbuat konfransının keçirilməsi gözlənilir.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.