• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

DÇ həyəcanı: 1-dən 22-yə qədər

DÇ

6-11-2022, 13:0

Qəribə səslənsə də, Argentinanın DÇ-78-ə ev sahibliyi etməsindən sonra növbəti 8 mundialdan heç biri Cənubi Amerikada keçirilmədi.

Təbii ki, bu, ilk növbədə regionun iqtisadi vəziyyətinin ürəkaçan olmamasıyla bağlı idi. Nəhayət, 36 illik fasilənin ardından turniri təşkil etmək hüququ yenidən sözügedən qitəyə verildi.

Bundestim İtaliyaya çatdı, Braziliyaya yaxınlaşdı

Final mərhələsində 4 milli – Niderland, Kolumbiya, Argentina və Belçika qrupda maksimum nəticə göstərdi. B “kvartet”ində son çempion İspaniyanın pley-offa adlaya bilməməsi hamı üçün şok oldu. D qrupunda ciddi sensasiyalar qeydə alındı. Əsas mübarizənin 3 dünya çempionu – İtaliya, İngiltərə və Uruqvay arasında gedəcəyi proqnozlaşdırılsa da, autsayder Kosta Rika lider kimi 1/8 finala çıxdı! İkinci vəsiqənin taleyinə İtaliya – Uruqvay matçında aydınlıq gəldi. Əsasən Luis Suaresin Kyellinini dişləməsinə görə xatırlanan oyununun son yarım saatını azlıqda keçirən “skuadra adzurra” minimal hesabla uduzdu. Uruqvaylı forvard isə hərəkətinə görə yalnız görüşdən 2 gün sonra cəzalandı: FİFA Suaresi 4 ay müddətinə diskvalifikasiya etdi. Daha bir sürpriz G qrupunda yaşandı: Ronaldonun lideri olduğu Portuqaliya Almaniya və ABŞ-dən geri qaldı.

1/8 finalda təkcə Kolumbiya və Fransa çətinlik çəkmədi. Niderland son dəqiqələrdə, Almaniya, Argentina və Belçika isə yalnız əlavə vaxtda sevindi. Braziliya ilə Kosta Rika penalti seriyasında üstün oldu. 1/4 finalda Braziliya, Almaniya və Argentina minimalhesablı qələbə qazandı. Niderland “lotereya”da “Kosta Rika nağılı”na son qoydu. Bu oyunda Van Qalın əlavə vaxtın son dəqiqəsində Sillesseni Tim Krulla əvəzləməsi xüsusilə yaddaqalan oldu. Yarımfinalda Braziliya zədəli Neymarın və cəzalı Tyaqo Silvanın yoxluğunda “alman maşını” qarşısında aciz qaldı. “Selesao” isə eynilə 64 il əvvəlki kimi yenidən vətənində azarkeşlərinə şok yaşatdı. Digər matçda Argentina oyunsonrası penalti seriyasında istəyinə çatdı.

Finalda komandalar əsas vaxt ərzində əllərinə düşən imkanlardan yararlana bilmədi. Bu baxımdan xüsusilə İquaynın bəxti gətirmədi. Qalibin adına yalnız 113-cü dəqiqədə aydınlıq gəldi: sonradan meydana çıxan Götse Almaniyaya 4-cü titulu qazandıran qolu vurdu. Yoahim Löv oyunun taleyini həll edən həmin dəyişkliyi belə xatırlayırdı:

“Finalda Götseni döyüşə atmazdan əvvəl ona “meydana çıx və Messidən üstün olduğunu sübut et! Sənə inanıram. Bunun üçün lazımi hər şeyə sahibsən!” dedim”.


DÇ-2014 – BRAZİLİYA
Vaxt: 12 iyun – 13 iyul
Oyunların keçirildiyi şəhərlər: Belu Orizonti, Brazilia, Fortaleza, Kuritiba, Kuyaba, Manaus, Natal, Portu Aleqri, Resifi, Rio de Janeyro, Salvador, San Paulu
Oyunların keçirildiyi stadionların sayı: 12
İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Argentina, Avstraliya, Belçika, Bosniya və Herseqovina, Braziliya, Çili, Ekvador, Əlcəzair, Fransa, Honduras, Xorvatiya, İngiltərə, İran, İspaniya, İsveçrə, İtaliya, Kamerun, Kolumbiya, Koreya, Kosta Rika, Kot d’İvuar, Qana, Meksika, Niderland, Nigeriya, Portuqaliya, Rusiya, Uruqvay, Yaponiya, Yunanıstan
Oyun sayı: 64
Qol sayı: 171 (orta hesabla 2,67)
Poker: 0
Het-trik: 2
Penalti: 13 (12-si dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 187 (10)
Avtoqol: 5
Tamaşaçı sayı: 3429873 (orta hesabla 53592)
1-ci yer: Almaniya
2-ci yer: Argentina
3-cü yer: Niderland
4-cü yer: Braziliya
Bombardir: Xames Rodriges (Kolumbiya) – 6
Turnirin rəmzi yığması
Qapıçı – Manuel Noyer (Almaniya); müdafiəçilər – Filipp Lam, Mats Hummesl (hər ikisi Almaniya), Tyaqo Silva (Braziliya), Markos Roxo (Argentina); yarımmüdafiəçilər – Toni Kroos (Almaniya), Xames Rodriges (Kolumbiya), Lionel Messi (Argentina); hücumçular – Aryen Robben (Niderland), Tomas Müller (Almaniya), Neymar (Braziliya).
A qrupu: Braziliya – Xorvatiya 3:1, Meksika – Kamerun 1:0, Braziliya – Meksika 0:0, Kamerun – Xorvatiya 0:4, Kamerun – Braziliya 1:4, Xorvatiya – Meksika 1:3.
1. Braziliya 3 2 1 0 7-2 7
2. Meksika 3 2 1 0 4-1 7
3. Xorvatiya 3 1 0 2 6-6 3
4. Kamerun 3 0 0 3 1-9 0
B qrupu: İspaniya – Niderland 1:5, Çili – Avstraliya 3:1, Avstraliya – Niderland 2:3, İspaniya – Çili 0:2, Avstraliya – İspaniya 0:3, Niderland – Çili 2:0.
1. Niderland 3 3 0 0 10-3 9
2. Çili 3 2 0 1 5-3 6
3. İspaniya 3 1 0 2 4-7 3
4. Avstraliya 3 0 0 3 3-9 0
C qrupu: Kolumbiya – Yunanıstan 3:0, Kot d’İvuar – Yaponiya 2:1, Kolumbiya – Kot d’İvuar 2:1, Yaponiya – Yunanıstan 0:0, Yaponiya – Kolumbiya 1:4, Yunanıstan – Kot d’İvuar 2:1.
1. Kolumbiya 3 3 0 0 9-2 9
2. Yunanıstan 3 1 1 1 2-4 4
3. Kot d’İvuar 3 1 0 2 4-5 3
4. Yaponiya 3 0 1 2 2-6 1
D qrupu: Uruqvay – Kosta Rika 1:3, İngiltərə - İtaliya 1:2, Uruqvay – İngiltərə 2:1, İtaliya – Kosta Rika 0:1, İtaliya – Uruqvay 0:1, Kosta Rika – İngiltərə 0:0.
1. Kosta Rika 3 2 1 0 4-1 7
2. Uruqvay 3 2 0 1 4-4 6
3. İtaliya 3 1 0 2 2-3 3
4. İngiltərə 3 0 1 2 2-4 1
E qrupu: İsveçrə - Ekvador 2:1, Fransa – Honduras 3:0, İsveçrə - Fransa 2:5, Honduras – Ekvador 1:2, Honduras – İsveçrə 0:3, Ekvador – Fransa 0:0.
1. Fransa 3 2 1 0 8-2 7
2. İsveçrə 3 2 0 1 7-6 6
3. Ekvador 3 1 1 1 3-3 4
4. Honduras 3 0 0 3 1-8 0
F qrupu: Argentina – Bosniya və Herseqovina 2:1, İran – Nigeriya 0:0, Argentina – İran 1:0, Nigeriya – Bosniya və Herseqovina 1:0, Nigeriya – Argentina 2:3, Bosniya və Herseqovina – İran 3:1.
1. Argentina 3 3 0 0 6-3 9
2. Nigeriya 3 1 1 1 3-3 4
3. Bosniya və Herseqovina 3 1 0 2 4-4 3
4. İran 3 0 1 2 1-4 1
G qrupu: Almaniya – Portuqaliya 4:0, Qana – ABŞ 1:2, Almaniya – Qana 2:2, ABŞ – Portuqaliya 2:2, ABŞ – Almaniya 0:1, Portuqaliya – Qana 2:1.
1. Almaniya 3 2 1 0 7-2 7
2. ABŞ 3 1 1 1 4-4 4
3. Portuqaliya 3 1 1 1 4-7 4
4. Qana 3 0 1 2 4-6 1
H qrupu: Belçika – Əlcəzair 2:1, Rusiya – Koreya 1:1, Belçika – Rusiya 1:0, Koreya – Əlcəzair 2:4, Koreya – Belçika 0:1, Əlcəzair – Rusiya 1:1.
1. Belçika 3 3 0 0 4-1 9
2. Əlcəzair 3 1 1 1 6-5 4
3. Rusiya 3 0 2 1 2-3 2
4. Koreya 3 0 1 2 3-6 1
1/8 final
Braziliya – Çili 1:1, p. – 3:2
David Luis, 18 – A.Sançes, 32.
Kolumbiya – Uruqvay 2:0
X.Rodriges, 28; 50.
Niderland – Meksika 2:1
Sneyder, 88. Huntelaar, 90+4-p. – Cov. dos Santos, 48.
Kosta Rika – Yunanıstan 1:1, p. – 5:3
B.Ruis, 52 – Papastatopulos, 90+1.
Fransa – Nigeriya 2:0
Poqba, 78. Yobo, 90+1-öz qapısına.
Almaniya – Əlcəzair 2:1, əlavə vaxtda
Şürrle, 92. Özil, 120 – Cabu, 120+1.
Argentina – İsveçrə 1:0, ə.v.
Di Mariya, 118.
Belçika – ABŞ 2:1, ə.v.
De Bruyne, 93. Lukaku, 105 – Qrin, 107.
1/4 final
Fransa – Almaniya 0:1
Hummels, 13.
Braziliya – Kolumbiya 2:1
Tyaqo Silva, 7. David Luis, 69 – X.Rodriges, 80-p.
Argentina – Belçika 1:0
İquayn, 8.
Niderland – Kosta Rika 0:0, p. – 4:3
yarımfinal
Braziliya – Almaniya 1:7
Oskar, 90 – T.Müller, 11. Kloze, 23. Kroos, 24; 26. Xedira, 29. Şürrle, 69; 79.
Niderland – Argentina 0:0, p. – 2:4
3-cü yer uğrunda oyun
Braziliya – Niderland 0:3
Van Persi, 3-p. Blind, 17. Veynaldum, 90+1.
final
Almaniya – Argentina 1:0 (0:0, 0:0, 1:0)
Almaniya: Noyer, Lam, Boatenq, Hummels, Hövedes, Kramer (Şürrle, 32), Şvaynştayger, Kroos, Özil (Mertezaker, 120), T.Müller, Kloze (Götse, 88).
Argentina: Romero, Sabaleta, Demiçelis, Qaray, Roxo, Masçerano, Biqliya, E.Peres (Qaqo, 86), Lavessi (Aquero, 46), Messi, İquayn (Palasio, 78).
Qol: Götse, 113.
Vərəqələr: Şvaynştayger, 29. Hövedes, 34. Masçerano, 64. Aquero, 65 – sarı.
Hakim: Nikola Ritsoli (İtaliya).
13 iyul. Rio de Janeyro. “Marakana” stadionu. 74738 tamaşaçı.

Bilirsizmi?
Bir sıra komandalar təşkilatçılar qarşısında maraqlı şərtlər irəli sürdü. Məsələn, Portuqaliya tərəfi otelin hər nömrəsinə “PlayStation”, Uruqvay səssiz kondisioner, İsveçrə sürətli internet, Yaponiya cakuzi, Honduras ispan dilində yayınlanan 6 telekanal, Əlcəzair “Quran” kitabı, Çili isə düz ekranlı plazma televizor istədi. Bosniya və Hersoqovina federasiyası futbolçularla məşqçilər korpusunun ayrı-ayrılıqda yemək yeməsi və bir-birinin söhbətlərini eşitməməsi üçün səs keçirməyən şüşənin quraşdırılmasını tələb etdi. Kolumbiya yığması oyunlara daha yaxşı hazırlaşmaq üçün gənc braziliyalı futbolçulardan ibarət sınaqçı-rəqibə ehtiyac duyduğunu bildirdi. İngilislər yalnız onlara xidmət edəcək restoran, videooyunlar oynamaq üçün böyük otaq, eyvansız otel nömrələri sifariş etdi. Avstraliya millisi hər mərtəbədə iki qəhvə aparatının quraşdırılmasını və oyunçuların xəbərlər oxuması üçün hər gün aparıcı futbol nəşrlərinin son saylarının gətirilməsini istədi. Fransa tərəfi hamam otağında iki növ sabunun olmasını, həmçinin futbolçuların hər birinə eyni ölçüdə otağın verilməsini tələb etdi.

Maraqlıdı...
* Finaldan əvvəl zədələnən Xediranı əvəzləyən Kramer cəmi yarım saat oynaya bildi. 17-ci dəqiqədə rəqibiylə mübarizədə başından zərbə alan yarımmüdafiəçi həkimlərin köməyiylə meydanı tərk etdi. Bir müddət sonra oyuna qayıdan futbolçu hakim Nikola Ritsolidən “ref, bu finaldı?”, - deyə soruşdu. Ədalət təmsilçisi əvvəlcə Kramerin zarafat etdiyini düşündü. Ancaq yarımmüdafiəçi sualı təkrarladı, “hə” cavabını alıb təəccübləndi və “təşəkkür edirəm, bunu bilmək mənim üçün vacib idi” cavabını verdi. Vəziyyətin ciddiliyini anlayan Ritsoli Şvaynştaygerə yaxınlaşıb, Kramerin əvəzlənməli olduğunu söylədi. Sonradan futbolçunun bir neçə dəqiqəlik yaddaşını itirdiyi məlum oldu.
* FİFA-nın sabiq prezidenti Yozef Blatter Messinin turnirin ən yaxşı futbolçu seçilməsindən narazı qaldı. O, bir müddət sonra belə açıqlama verdi: “Bu məsələylə məşğul olan komitənin qərarı açıqlananda təəccübləndim. Qərarın doğru olmadığını düşünürəm. Ekspertlər qrupu mənə yalnız finalda iştirak edən 10 nəfər arasından seçim etdiyini söylədi”.
Hətta Leonun həmyerlisi Maradona da Blatterlə həmfikir idi: “Marketoloqlar Messiyə layiq olmadığı mükafatı təqdim etdi. Ədalətsiz qərardı. Mənə elə gəldi ki, Lionel hətta qənimətə sahib çıxmaq üçün tribunaya qalxmaq istəmirdi. Fikrimcə, mundialın ən yaxşısı turnirin bombardiri olan Xames Rodriges seçilməliydi”.
* Boatenq qardaşları DÇ-2010-da olduğu kimi, yenidən iki fərqli millinin heyətində qarşılaşdı. 4 il əvvəl Jeromun yer aldığı Almaniya minimal hesabla qalib gəlmişdisə (1:0), bu dəfə Kevin-Prinsin şərəfini qoruduğu Qana rəqibindən 1 xal ala bildi.

Faktlar
* Braziliya (1950) İtaliya (1934, 1990), Fransa (1938, 1998), Meksika (1970, 1986) və Almaniyadan (1974, 2006) sonra mundialı 2-ci dəfə keçirən 5-ci ölkə oldu.
* İlk dəfə ardıcıl iki mundialdan heç biri Avropa qitəsində keçirilmədi.
* İlk dəfə qrup qalibləri 1/8 final mərhələsindəki bütün oyunlarda qələbə qazandı.
* İspaniya dünya çempionu statusunda mübarizəni qrupda dayandıran 4-cü milli oldu. Daha əvvəl İtaliya (1950 və 2010), Braziliya (1966), Fransa (2002) bu aqibətlə üzləşmişdi.
* Kloze final mərhələlərində qollarının sayını 16-ya çatdırmaqla braziliyalı Ronaldonu (15) geridə qoyaraq yeni rekord müəyyənləşdirdi.
* Buffon 5-ci (1998, 2002, 2006, 2010, 2014) mundialına yollanmaqla bu göstəricidə Karbaxal (1950, 1954, 1958, 1962, 1966) və Matteusla (1982, 1986, 1990, 1994, 1998) bərabərləşdi. Ancaq onlardan fərqli, italiyalı qapıçı 4 dünya çempionatında meydana çıxa bildi. Qolkiper DÇ-98-də bütün oyunlarda ehtiyatda qalmışdı.
* 4 futbolçu – kolumbiyalı Yepes, ispaniyalı İnyesta, argentinalı Masçerano və rusiyalı İqnaşeviç yığmadakı 100-cü matçını mundialda keçirdi.
* Rusiya millisi DÇ-2014-də heyətində legioner futbolçunun yer almadığı yeganə komanda oldu.

Çempion məşqçi
Yoahim Löv – millidən əvvəlki məşqçi karyerasında böyük uğurlar qazanmasa da, bundestimin tarixinə ən uğurlu çalışdırıcılardan biri kimi düşdü. Onun bu postu tutmasında sələfi ilə dostluğu vacib rol oynadı. 2004-cü ilin yayında sözügedən vəzifəyə təyin olunan Klinsmann məhz vaxtilə məşqçi kurslarına birgə getdiyi Lövü köməkçisi görmək istədi. Yürgenin DÇ-2006-dan sonra yığmandan ayrılmasının ardından Almaniya Futbol İttifaqı seçimini məhz Yoahimin xeyrinə etdi. Və yanılmadı: bundestim Lövün başçılığı altında ardıcıl 5 böyük turnirdə mükafatçılar sırasında yer aldı! Ancaq hər nağılın sonu var: “Yoqi” (Lövün ləqəbi) millinin DÇ-2018 və AÇ-2020-də uğursuzluğundan sonra istefa vermək qərarına gəldi.

DÇ-nin ulduzu
Lionel Messi – argentinalı superulduzun xüsusən yığmanın qrupdan çıxmasında əməyi çox böyük oldu. O qrupda hər 3 rəqibin qapısına yol tapdı və ümumilikdə 4 qol vurdu. Ancaq pley-offda 4 matçın heç birində adını tabloya yazdıra bilmədi. Bu həm də Messinin həmin görüşlərdə daha geridən oynaması və komandasının hücumlarını qurması ilə bağlı idi. Buna baxmayaraq, Leonun pley-offda zəif çıxış etdiyini demək doğru olmaz. Onun İsveçrə ilə matçın əlavə vaxtında Di Mariyaya məhsuldar ötürməsi və Niderlandla penalti seriyasında dəqiq zərbəsi vurğulanmalıdı. Amma argentinalı dahi həmyerlisi Maradonanın DÇ-86-dakı qəhrəmanlığını təkrarlamağı bacarmadı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-03-2022, 23:0

Cənubi Amerika zonasının rəmzi komandası açıqlandı

Dünya futbolu

5-08-2022, 22:0

Cənubi amerikalılar da DÇ-2030-a iddia edəcəklər

Aktual / Dünya futbolu / Manşet

1-04-2022, 21:0

DÇ-2022-nin püşkü atıldı

DÇ

31-10-2022, 13:0

DÇ-2010 – Cənubi Afrika

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 178
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə