Sizin reklam burada

“Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi

Baxış Sayı:707

“Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi
“Turan Tovuz” şərtlərimlə razılaşdı”
Ötən mövsüm birinci divizionda “Səbail”in uğurlarında pay sahibi olanlardan biri də müdafiəçi Ruslan Tağızadə idi. Lakin klub premyer-liqaya yüksələndən sonra Ruslan da daxil olmaqla, heyətdəki əksər futbolçuları komandadan göndərdi. Bu, yeni baş məşqçi Samir Əliyevin qərarı idi. Ardınca Tağızadə Türkiyənin "Manisaspor" və Ukraynanın "Olimpik" klublarında baxışda olmuşdu. Amma futbolçunun legioner həyatı yaşamaq arzusu reallaşmadı. Bakıya qayıdan Tağızadə çox keçmədən “Şüvəlan”ın düşərgəsində göründü. Məlumata görə, onu ötən mövsüm premyer-liqada çıxış etmiş komandanın yeni baş məşqçisi Aqil Nəbiyev dəvət edibmiş. Hətta Ruslanın aşağı dəstədə çıxış edəcək “Şüvəlan”la birillik müqavilə bağladığı deyilirdi. Amma çox keçmədən bu xəbərlərin də doğruluğu sübut olunmadı. Nəticədə Tağızadə yeni mövsümdən aşağı dəstədə çıxış edəcək “Vətən”lə danışıqlara başladı və məşqlərə qoşuldu. Futbolçu ilə yaxın günlərdə müqavilənin bağlanacağı deyilirdi. Ancaq bu baş verməyib. Deyilənə görə, Ruslan məşq prosesində intizamsızlıq edib. Məşqçilər korpusu da onunla müqavilə bağlamaq istəməyib və komandadan uzaqlaşdırıb. Düzünü desək, bu xəbərə o qədər inanmaq istəmədik. Bu üzdən özü ilə əlaqə saxlamağı lazım bildik. O, bu məlumatların yalan olduğunu söylədi: “Vətən”də intizamsızlıq etdiyimlə bağlı məlumatlar yalandı. Belə şey olmayıb. Olmayan xəbərləri yayırlar. İndiyə kimi heç vaxt hansısa intizamsızlıq etməmişəm. “Vətən”dən də qovulmamışam. Məni dəvət etmişdilər, məşqlərə qoşulmuşdum. Lakin maliyyə məsələsində razılaşa bilmədik. Rəhbərliyə dedim ki, mənə öncədən müəyyən məbləğdə pul verin, maaş zamanı hissə-hissə qaytaracam. Onlar da bununla razı olmadılar. Sonra da “Turan Tovuz”dan mənə zəng gəldi. Onlar da şərtlərimlə razılaşdı. Artıq 1 illik müqavilə bağlamışam və komanda ilə məşqlərə başlamışam”. Ruslan həm də “Şüvəlan”la niyə müqavilə bağlamadığı haqda danışdı: “Mən yayda "Manisaspor"a baxışa getmişdim. Lakin orda alınmadı. Bakıya qayıdanda məşq etmək üçün komanda axtarırdım. Sonra bildim ki, birvaxtlar AZAL-da birlikdə oynadığım Aqil Nəbiyev “Şüvəlan”a baş məşqçi təyin olunub. Ora baxışa getməmişdim. Birinci divizion üçü nə baxış? (gülür) O komandanın düşrgəsinə məşq etmək üçün qoşulmuşdum. “Şüvəlan”a keçə bilməzdim. Çünki o meydanda oynaya bilmirəm. Oranın ot örtüyü sağlamlığıma ziyandı. Elə məşqlər zamanı da dizlərimdə ağrılar hiss etdim. Ona görə də daha getmədim”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR