Sizin reklam burada

“Qran-pri” üçün heyət açıqlandı

Baxış Sayı:593

“Qran-pri” üçün heyət açıqlandı
Sentyabrın 29-da Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə “Qran-pri” start götürəcək. Üç gün davam edəcək yarışda 16 cüdoçumuz mübarizə aparacaq. Zaqrebdə Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi 60 kq), İlkin Babazadə (66 kq), Rüstəm Orucov, Elvin Mustafayev (hər ikisi 73 kq), Afiq Səfərli (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı, Bazarraqça Erdenebat (hər ikisi 48 kq), Nəzakət Əzizova, Buyanxişiq Purevsuren (hər ikisi 52 kq) və İçinxorlu Munxtsedevi (57 kq) tatamiyə çıxacaq. Yarışda 51 ölkədən 336 (208 kişi, 128 qadın) cüdoçunun iştirakı gözlənilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR