Sizin reklam burada

“Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir

Baxış Sayı:540

“Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir
“Bir-iki aya istədiyim, məni qane edən işlə təmin olunmasam…”
Son zamanlar ölkəni tərk edərək, yaşamaq üçün xaricə üz tutanları sayı durmadan artır. Onlar arasında idman camiəsindən də olanlar var. Məsələn, birvaxtlar baş məşqçi qismində “Xəzər adaları” ilə futzal üzrə ölkə çempionu olmur Elnur Qəmbərov. Elnur bəy artıq bir ildən çoxdu Kanadaya köçüb və orda yaşayır. Hətta bir müddət öncə FİFA referisi Əliyar Ağayevin də ölkəni tərk edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. “Green Card” (ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsi) əldə edən hakim bir neçə günlük okeanın o tayına yollanmışdı. Lakin məlum oldu ki, Ağayevin səfəri turistik imiş. Amma onun əlində “Green Card” var və istədiyi an ölkədən gedə bilər.
Srağagün “Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Bağırov Kanada vizası alıb. O, bu haqda özünün “feysbuk” hesabında paylaşım edib. Yəqin ki, Bağırov da ölkəni tərk etməyə hazırlaşır. Gənc mütəxəssis bu haqda bunları dedi: “Hələ ki buralardayam. Amma ağlımda bir plan var. Mən Azərbaycanda böyümüşəm, oxumuşam və işləmişəm. Burda mənəvi cəhətdən borclu olduğum insanlar var. Onlara görə hələ ki burdayam. Açığı, uzun müddətə getmək istəyirəm. Bir-iki aya istədiyim, məni qane edən işlə təmin olunmasam, yəqin ki, ölkədən gedəcəm. Başqa heç nə deyə bilmərəm”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR