Sizin reklam burada

“Binə”dən heç-heçə və iki müqavilə

Baxış Sayı:618

“Binə”dən heç-heçə və iki müqavilə
AFFA-nın son anda birinci diviziona buraxdığı "Binə" növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Qəsəbə təmsilçisinin rəqibi növbəti mövsüm özü kimi aşağı dəstədə debüt edəcək “Vətən” olub. Binə qəsəbə stadionunda keçirilən qarşılaşmada 1:1 hesabı qeydə alınıb. Ev sahiblərinin heyətində yeganə qolun müəllifi Elmin Çobanov olub.
Yeri gəlmişkən, “Binə” daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirib. Bunlar AZAL-ın sabiq üzvləri Emin Cəfərquliyevlə Kamil Hüseynovdu. Yeni mövsümdən etibarən Emin Cəfərquliyev “24”, Kamil Hüseynov isə “5” nömrəli formada "Binə"nin uğurları üçün mübarizə aparacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR