Sizin reklam burada

"Kayrat"ın oyununa baxmağın Azərbaycan futboluna nə dəxli var?

Baxış Sayı:1 516

Türkiyə Cümhuriyyətinin ikinci prezidenti İsmət İnönü belə deyib: "Kaş bu məmləkətdə namuslular da namussuzlar kimi cəsur olaydı". Maksim Qorkinin "Foma Qordeyev" əsərində isə personajlardan biri belə söyləyib: "Düzgün adamlar qorxaq olurlar, riski sevmirlər". Göründüyü kimi, iki müxtəlif mənbə eyni fikri səsləndirir. Yəni məsələnin məğzi budu ki, müsbət şəxslər ya sıradan birinə çevrilir, ya da mənfiyə doğru dəyişirlər.
Amal bəy mənim maraqla oxuduğum yazarlardan idi, hətta onun "Futbol+"də çıxan bir neçə yazısını kəsib saxlamışam. Amma gördüm ki, Amal bəyin yazıları söz yığınından ibarət olmağa başlayıb, üstəlik, yeri gəldi-gəlmədi iqtidarın adı hallanır. Amal bəyin elektron poçtuna yazdım ki, bu yazılar sizə yaraşmır. Ancaq gördüm ki, dəyişən bir şey olmadı. Azərbaycanın 3 oyuna 7 xal topladığı eyforiya günlərində o da bu uğura "töhfə" vermişdi. Hətta belə bir cümlə də yazmışdı (Azərbaycanın dünya çempionatına vəsiqə qazanmaq şansı haqda): “Prezident inanır, mən də inanıram”. Amal bəyə yazdım ki, sizin yazılarınızı bir də oxumayacağam. Şimali İrlandiyaya Bakıdakı məğlubiyyətdən sonra yazdığı "Top qalsın, Proniseski getsin" yazısı diqqətimi çəkdi, dedim yəqin Amal bəy səhvini etiraf edir. Gördüm elə bil "inanan" şəxs o deyil, xorvatı asıb kəsir. Bir də "Prosineçkisiz 18 gün" yazısını oxumaq qərarına gəldim. Yazır ki, boş oturmamışam, “Kayrat”ın oyununa baxmışam, Tsxadadzedən müsahibə götürmüşəm, oxucular bəyənib. Doğrudan da, bəyənən oxucular varsa, onlar yəqin ki, Amal bəyi diqqətlə izləməyiblər. Məsələn, o, gürcü Azərbaycanda olanda Tsxadadzeni haqlı yerə tənqid edirdi. "Qarabağ"ı (oxu: Qurban Qurbanovu), demək olar ki, uda bilməyən ("İnter" çempionluğa oynayıb məqsədinə çatmadığı il, səhv etmirəmsə, "Qarabağ"a 4 oyunun hamısında uduzdu), Avropada mərhələ keçə bilməyən birini necə tərifləmək olardı?! Müsahibəni oxumadım, çünki əmin idim ki, bütün bunlar gürcüyə xatırlanmayacaq. "Kayrat"ın oyununa baxmağın Azərbaycan futboluna nə dəxli var? Biri, məsələn, İsveçrədə avrokubok oyununa baxırsa, atmosferdən, bu ölkədəki futboldan yazmırsa, deməli, oyuna öz kefi üçün baxıb.
Amal bəyin "Onları qınamağa adamın dili gəlmir" yazısı isə (yazını oxumasam da, söhbətin nədən getdiyi məlum idi) heç bir çərçivəyə sığmır. "İnter"in dağılmalı olduğunu, bu komandanın Azərbaycan futboluna heç bir xeyir vermədiyini deyən (bu məsələdə mən onunla həmfikir idim) birisi necə olur ki, indi onları müdafiə etmək zərurəti hiss edir? "İnter"in indiki heyəti heç də zəif deyil. Gələcəkdə oyunçular gedər, zədəli, cəzalılar olar, başqa məsələ. Həm də Fariz demişkən, bir Azərbaycan klubu bir Lüksemburq klubuna uduza bilməz! Bir cümlə də mən əlavə edim: bir Şotlandiya klubu da bir Lüksemburq klubuna uduza bilməz. Futbolda sensasiyalar olur, ancaq sensasiyaların mənfi tərəfində olanların başını heç kim sığallamır. Bəli, hər kəs əməkhaqqını almalıdı. Təəssüf ki, ölkəmizin reallığı budu, çox adam sabit gəlirə malik deyil, əməkhaqqı nə olduğunu belə bilmir. Ailəmin belə bilmədiyini bütün ölkə ilə bölüşməyə məcburam ki, məsələ tam aydınlaşsın: pul almadığım ayların sayı üçü keçib. Mən durumu idarə edə bilirəmsə, futbolçular əvvəllər aldıqları hesabına ömürlərinin axırlarına qədər dolana bilərlər.
"Futbol+"in bugünkü (01.08.2017) sayındakı məqalədən də ("Axı “Şerif”in nəyi qorxuludu") göründüyü kimi, Amal bəy yazmaq xatirinə yazır. Növbəti yazı üçün də əlyeri qoyur: "Qarabağ" udsa, yazsın ki, gördünüzmü, mən demişdim. Moldovalılardan kim qorxur ki?! Məsələn, elə bu sayda Fariz "Qarabağ"ı daha şanslı görür. Ümumiyyətlə, avrokubok oyunları haqda kənardan yazanları başa düşmürəm, çünki bu oyunlar haqda "Futbol+"in müxbirləri o qədər ətraflı məlumat verirlər ki, nəsə yazmaq artıqdı. Mərhələdən sonra qəzetdə gedən yazılarda kimsə faktlar yox, duyğular görsə, yaza bilər. Məsələn, "İnter"in oyunundan sonra yazardım, ancaq Farizin məqaləsi tam obyektivliyə əsaslanırdı, bu yazıya nəsə əlavə etmək artıqlıq olardı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR