Sizin reklam burada

Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı

Baxış Sayı:787

Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı
Mikayıl Cabbarov yeni prezident seçildi
Avqustun 17-də Qılıncoynatma Federasiyasında (AQF) hesabat-seçki konfransı keçirilmişdi. Formal xarakter daşıyan tədbirdə Nazim İbrahimov növbəti 4 il üçün qurumun prezidenti seçilmişdi. Konfrans Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin vitse-prezident Yaşar Məmmədovu neytrallaşdırmasıyla da nəticələndi. Sonuncu dəfə Məmmədovla əlaqə saxladıqda İbrahimovu tezliklə hakimiyyətdən salacağını və AQF-dən qovacağını söyləmişdi. Elə Milli Olimpiya Komitəsinin (MOK) 1-ci vitse-prezidenti Çingiz Hüseynzadə də keçirdiyi mətbuat kofransında tezliklə qurumun taleyinə aydınlıq gələcəyini və köklü dəyişiklik olacağını xəbər vermişdi. Nəhayət, AQF-də 2007-ci ildən prezidentlik edən İbrahimov postundan uzaqlaşdırıldı. Onun xələfi isə təhsil naziri Mikayıl Cabbarov olacaq.
Dünən bununla bağlı MOK-un inzibati binasında AQF-nin növbədənkənar hesabat-seçki konfransı keçirilib. Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və müxtəlif idman qurumlarının rəhbərləri iştirak edib. Konfransda federasiyanın rəhbər heyətinə seçki keçirilib. AQF-in prezidenti vəzifəsinə yeganə namizəd Mikayıl Cabbarov olub və o yekdilliklə qurumun başqanı seçilib.
Çıxışlarda qeyd olunub ki, Cabbarov Badminton Federasiyasının prezidenti seçiləndən sonra ölkəmizdə idmanın bu növünün inkişafı və kütləviliyinin artırılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilir. Natiqlər Mikayıl bəyin yeni vəzifədə də böyük uğurlar qazanacağına əminliyini bildirib, ona uğurlar arzulayıb. AQF-in yeni prezidenti göstərilən etimada görə təşəkkürünü bildirərək ölkəmizdə qılıncoynatmanın inkişafı və bu sahədə uğurların qazanılması üçün səylə çalışacağını vurğulayıb. Federasiyanın qarşısında duran hədəflərdən danışan Cabbarov qılıncoynatma ilə məşğul olan peşəkarlara müraciət edərək bu istiqamətdə birgə fəaliyyətin önəmini diqqətə çatdırıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR