Sizin reklam burada

Kamranın ayağı düşərli oldu

Baxış Sayı:528

Kamranın ayağı düşərli oldu
Çərşənbə axşamı Almaniyanın 2-ci bundesliqasında 7-ci tura start verildi. Buna uyğun olaraq, iki futbolçumuzun komandası da 3 xal üçün meydana çıxıb. Söhbət Dmitri Nazarovla Toğrul Eratdan gedir. Öncə Nazarovun şərəfini qoruduğu “Ertsgebirge”dən başlayaq. Aue təmsilçisi “Kayzerslautern”in qonağı olub. "Ertsgebirge" bu matçda 3 xalı 2 cavabsız qolla əldə edib. Start heyətində yer alan Nazarov qarşılaşmanı əvəzlənmədən keçirib.
Eratın formasını geydiyi “Duysburq”a gəlincə, sözügedən komanda səfərdə “İnqolştadt”la qarşılaşıb. Hər iki tərəfin 2 dəfə fərqləndiyi oyunda qalib müəyyənləşməyib. Toğrul 71-ci dəqiqədən etibarən mübarizəyə qoşulub. Bu nəticələrdən sonra "Ertsgebirge"nin 10, “Duysburq”un isə 8 xalı var. Hər iki komanda çempionatdakı növbəti oyununu sabah keçirəcək. "Ertsgebirge" "Sandhauzen"i qəbul edəcəksə, “Duysburq” doğma meydanda "Holştayn"ı sınağa çəkəcək.
Bir sıra ölkələrdə həftəiçi kubok matçları keçirilib. Hollandiya kubokunda 1/32 final mərhələsinin oyunları baş tutub. Ziya Əzizovlu “Den Boş" turnirin yeni mövsümündə ilk matçına çıxıb. Bu kollektiv səfərdə “Zvaluven”lə qarşılaşıb və 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb. Ziya 61-ci dəqiqədə meydana çıxıb. “Den Boş"un növbəti oyununu sabah 2-ci liqa çərçivəsində səfərdə "Eyndhoven"ə qarşı keçirəcəyini də qeyd edək.
Çexiya kibokunda isə 1/16 final mərhələsinin oyunları keçirilib. Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" öz meydanında "Pribram"la üz-üzə gəlib. Ağayev start heyətində yer alıb və komandası 3 cavabsız qolla qalib gələrək, 1/8 finala adlayıb. Qeyd edək ki, "Mlada Boleslav" növbəti oyununu çempionatda Plzen "Viktoriya"sına qarşı keçirəcək. Həmin matç sentyabrın 23-də baş tutacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR