Sizin reklam burada

Emin Mahmudov qələbəyə köklənib

Baxış Sayı:587

Emin Mahmudov qələbəyə köklənib
“Neftçi”nin yeni transferi Emin Mahmudov klub saytına açıqlama verib. 25 yaşlı yarımmüdafiəçi kollektivə uyğunlaşmaqda çətinlik çəkmədiyini və yalnız qələbə haqda düşündüklərini deyib: "Neftçi”yə gəldiyimə görə şadam. Komandaya çətin vəziyyətdən çıxmaq üçün kömək etmək istəyirəm. Komanda yaxşı vəziyyətdə deyil. Yavaş-yavaş yüksəlmək lazımdı. Ab-hava yaxşıdı. Hamı yaxşı olmasını arzulayır. "Neftçi”nin əvvəlki səviyyəsinə qayıtmasını istəyən azarkeşlərin arzusunu reallaşdırmaq üçün hamımız çalışırıq. Ruslan Abışov mənə çox kömək edir, komanda yoldaşlarım da köməyini əsirgəmir. Hər bir futbolçuyla yaxşı münasibətim var, portuqal dilini bildiyim üçün legionerlərlə də ünsiyyət qura bilirəm. Azərbaycan, rus dillərini bilənlərlə danışıram. Buna görə də uyğunlaşma prosesi asan keçir. Meydana məğlub düşüncəsi ilə çıxmaqdansa, çıxmamaq yaxşıdı. Yalnız qələbə haqda düşünməliyik. Ümid edirəm ki, alınacaq, qalib gələcəyik. Bilirik ki, bizə qələbə qazanmaq lazımdı”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR