Sizin reklam burada

Rakitiç Prosineçki olmaq istəyirmiş

Baxış Sayı:511

Rakitiç Prosineçki olmaq istəyirmiş
İspaniya mətbuatına müsahibə verən “Barselona”nın futbolçusu Ivan Rakitiç Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkini də yada salıb. Rakitiç futbolu seçməyində həmyerlisinin rolunun böyük olduğunu bildirib: “Mənim valideynlərim xorvatiyalıdı. Lakin Bosniya müharibəsi başlamamış İsveçrəyə köçüblər. Çünki təhlükənin gəldiyini hiss ediblər. İsveçrədə Robert Prosineçkinin oyunundan həzz alaraq böyümüşəm. O, xorvatiyalılar üçün qəhrəman idi. Mən hələ uşaq olanda Prosineçki “Real”, “Barselona”, “Sevilya” kimi komandalarda oynayıb. Uzun müddət ölkəmizə qayıtmağımız mümkün olmadı. Xorvatiyaya ilk dəfə 7 yaşım olanda babamı və nənəmi görməyə getmişəm. İsveçrədə məktəbə gedirdim və bütün dostlarım orda idi. Xorvatiya ilə məni yalnız Prosineçki və yığma komanda bağlayırdı. Məktəbə getdiyim ilk gündə anama dedim ki, oxumaq istəmirəm, axı nə vaxta qədər getməliyəm? Anam isə cavabında bildirdi ki, 9 il. Ona “yaxşı, 9 il oxuyacam, amma əlavə bir gün də məktəbə getməyəcəm” söylədim. Yəni futbol sevgim uşaqlıqdan var idi. 17 yaşımda “Bazel”də peşəkar futbolçu kimi oynamağa başladım. Arzumu hamı bilirdi. Robert Prosineçki olmaq istəyirdim. Onun kimi İspaniyada oynamaq və “Sevilya”nın kapitanı olmaq... Bunları reallaşdırmaq mənim üçün inanılmazdı”.
Qeyd edək ki, 2014-cü ildən millimizi çalışdıran Robert Prosineçki futbolçu karyerasında “Real” (1991-94), “Barselona” (1995-96) və “Sevilya”nın (1996-97) formasını geyinib. Rakitiç isə 2011-14-cü illərdə formasını geydiyi “Sevilya”dan 2014-də “Barselona”ya keçib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR