Sizin reklam burada

Ölkəni tərk edən məşqçilər bu gün qayıdır

Baxış Sayı:423

Ölkəni tərk edən məşqçilər bu gün qayıdır
Ayxan Abbasov: “Bunun komandanın hazırlığına təsiri olduğunu deməzdim”
Gənc məşqçilərdən üçü ölkəni tərk edib. Söhbət “Zirə”nin baş məşqçisi Ayxan Abbasov, “Sumqayıt”ın çalışdırıcısı Samir Abasov və “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi Aftandil Hacıyevdən gedir. Səfərdə məqsəd PRO kateqoriyasının növbəti mərhələsinə qatılmaqdı. Məlum olduğu kimi, bu lisenziyanı almaq üçün məşqçilər bir neçə mərhələdən ibarət kurslarda iştirak edir. Qeyd edək ki, adıçəkilənlər apreldə PRO-nun ilk seminarlarına qatılmışdı. Bu dəfə Abbasovla Hacıyev Belarusa yollanıbsa, Samir bəy Serbiyaya üz tutub. Artıq məşqçilər bu gün vətənə qayıdır.
Dünən səfərlə bağlı Ayxan Abbasovdan bəzi informasiyalar aldıq: “Bilirsiz ki, PRO kateqoriyasında modullar olur. Bu ay da növbəti mərhələ üçün gəlmişik. Aftandil müəllimlə birgəyəm. Samir müəllim bizimlə deyil. Bu gün (dünən) artıq seminar başa çatdı, sabah komandanın yanında olacam. “Zirə”nin iki məşqində iştirak etmədim. Belarusa gəlməyimizin komandanın hazırlığına böyük təsiri olduğunu deməzdim. Əsas odu ki, köməkçilərim məşqləri keçir. Bəlli proqram var və ona uyğun hazırlıq davam etdirilir. Budəfəki seminarlar da yaxşı oldu. “Çernomorets”in məşqçisinin təqdimatları baş tutdu, sistemlər haqda danışdılar. Ümumilikdə budəfəki seminarların normal keçdiyini deyə bilərəm Gələn modul isə oktyabrın sonunda UEFA-da olacaq”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR