Sizin reklam burada

Çempion turnir cədvəlini baş-ayaq salıb

Baxış Sayı:1 020

Çempion turnir cədvəlini baş-ayaq salıb
“Qarabağ”ı meydana Rəşad Sadıqov çıxarıb
Əvəzedicilərin çempionatında 5-ci tura çərşənbə axşamı yekun vurulub. Turun bağlanış matçında son çempion “Qarabağ"la "Kəpəz" üz-üzə gəlib. Aftandil Hacıyevin komandası bərbad çıxışını bu qarşılaşmada da davam etdirib. Ağdamlılar qərb təmsilçisinə də uduzublar. Oyunun taleyini həll edən yeganə qolun müəllifi "Qarabağ"ın öz futbolçusu olub. Elçin Əsədov 18-ci dəqiqədə avtoqolla yadda qalıb. Beş turdan sonra "Qarabağ" sonuncu yerdə qərarlaşıb. Son çempion qələbə üzünə həsrətdi.
Əvəzedicilərin çempionatı
1-ci dövrə, 5-ci tur

19 sentyabr
Qarabağ – Kəpəz 0:1
Elçin Əsədov, 18-öz qapısına.
Turun qalan oyunlarının nəticələri: Neftçi – Zirə 0:1 (Sadio Tounkara, 49), İnter – Sumqayıt 1:1 (Əlibəy Məmmədli, 34-p. - Xəzər Mahmudov, 78), Səbail – Qəbələ 0:3 (Rövlan Muradov, 31. Ülvi İsgəndərov, 69; 82).
1. Qəbələ 5 5 0 0 23-3 15
2. Zirə 5 4 0 1 11-4 12
3. Neftçi 5 2 1 2 6-4 7
4. Kəpəz 5 1 3 1 7-7 6
5. Sumqayıt 5 1 2 2 5-17 5
6. Səbail 5 1 1 3 7-12 4
7. İnter 5 0 4 1 8-12 4
8. Qarabağ 5 0 1 4 1-9 1
Bombardir: Ülvi İsgəndərov (Qəbələ) – 8, Müşfiq İlyasov - 4 (Zirə).
Yeri gəlmişkən, 5-ci tur çərçivəsində baş tutan oyunların protokolları ilə tanış olun:
5-ci tur
17. İnter (Bakı) – Sumqayıt 1:1 (1:0)
İnter: 57. Əkbər Vəliyev, 66. Murad Qayalı, 97. Vüqar Həsənov (k), 60. Təbriz Xubanov (99. Ricat Qarayev, 77), 65. Cabir Əmirli (46. Əsəd Məsimov, 79), 70. Ceyhun Muxtarlı (77. Oleq Hüseynov, 39), 20. Aqşin Quluzadə, 39. Əlibəy Məmmədli (44. Raul Süleymanzadə, 75), 81. Elvin Cəfərquliyev, 80. Rafael Məhərrəmli, 75. Nadir Qasımov (50. Elvin Pənahov, 56).
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 40. Asif Vəliyev, 45. Rəşid Əliyev, 56. Urfan İsmayılov, 43. Cavid Hümbətli, 82. Əli Kərimov, 53. Emil Əliyev.
Baş məşqçi: İlqar Hüseynov.
Sumqayıt: 36. Süleyman Süleymanov, 71. Ramazan Həsənov (83. Elşad Əliyev, 87), 26. Elvin Dəmirov (41. Ceyhun Rəcəbli, 46), 13. Bəhlul Mustafazadə, 98. Murad Məmmədxanov, 4. Süleyman Piriyev, 96. Elsevər Bəkirzadə, 39. Tural Bayramlı, 17. Fərid Kərimzadə, 21. Ramil Orucov (66. Xəzər Mahmudov, 60), 38. Müşfiq Rzayev (89. Bağırov Nazim, 72).
Ehtiyat oyunçular: 50. Məhərrəm Məmmədli, 61. Şahverdiyev Ceyhun, 16. Məhərrəm Həsənov, 24. Ağahüseyn Hüseynov, 75. Taleh İskəndərov, 29. Asəf Əliyev, 70. Yusif Qafarov.
Baş məşqçi: Elbrus Məmmədov.
Qollar: Ə.Məmmədli, 34–p. (1:0). X.Mahmudov, 78 (1:1).
Vərəqələr: E.Dəmirov, 33 (qeyri-idman hərəkəti). M.Qayalı, 38 (qeyri-idman hərəkəti). M.Rzayev, 38 (qeyri-idman hərəkəti). C.Rəcəbli, 50 (qeyri-idman hərəkəti). Ə.Məmmədli, 75 (vaxtı uzatmaq). S.Piriyev, 79 (qeyri-idman hərəkəti). O.Hüseynov, 87 (hakimin qərarına etiraz). N.Bağırov, 89 (hakimi aldatmağa cəhd) – sarı. M.Qayalı, 83 – qırmızı (ikinci sarı).
Hakimlər: NAİL NAĞIYEV, Eyyub İbrahimov, Cəmil Quliyev, Elxan Müslümov.
Hakim-inspektor: Vaqif Ayvazov.
17 sentyabr. Bakı. İnter Arena. 100 tamaşaçı
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
18. Neftçi (Bakı) – Zirə 0:1 (0:0)
Neftçi: 53. Maksim Vaylo, 26. Ömər Buludov (67. Şöhrət Yusifov, 63), 42. Elvin Sərkərov (k), 43. Rəhman Daşdəmirov, 27. Məqsəd İsayev (41. Akşin Qurbanlı, 46), 65. Xəyal Tomarov, 19. Fəhmin Muradbəyli (70. Əli Şirinov, 68), 64. Orxan Səbirbəyli, 68. Ruzigar İbrahimzadə (54. Murad Əliyev, 65), 40. Kənan Mirzəliyev, 22. Mirabdulla Abbasov (98. Azər İsmayılov, 73).
Ehtiyat oyunçular: 77. Nail Alışov, 61. Fərid Mahmudov, 66. Murad Hüseynov, 87. Qədir Bayramov, 88. Cavidan Qasımlı.
Baş məşqçi: Elşad Əhmədov.
Zirə: 62. Abdulla Seydəhmədov, 33. Samir Məmmədzadə, 31. Elmiz İsmayılov, 7. Sadio Tounkara, 88. Milad Bayramov, 32. Əziz İsmayılov, 38. İlkin Muradov, 77. Sahil Cəfərov (47. Əmrah Bayramov, 57), 19. Elgün Nəbiyev, 90. Muxtar Əliyev (55. Rauf Salamov, 90), 20. Camal Camalov (98. Elçin Əliyev, 80).
Ehtiyat oyunçular: 72. İmran Məhərrəmov, 42. İbrahim Rəhimli, 55. Rauf Salamov, 45. Toğrul Xanlarov, 54. Nahid Zülfüqarov.
Baş məşqçi: Hüseynqulu Quliyev.
Qol: S.Tounkara, 49.
Vərəqələr: S.Tounkara, 43 (qeyri-idman hərəkəti). M.Bayramov, 53 (qeyri-idman hərəkəti). X.Tomarov, 62 (qeyri idman hərəkəti). Ə.İsmayılov, 90 (qeyri-idman hərəkəti) – sarı. E.Sərkərov, 81 (rəqibə ayaqla zərbə vurmaq) – qırmızı.
Hakimlər: ELGÜN HÜSEYNOV, Roman Vasilyev, Teymur Teymurov, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Şakir Əmrahov
17 sentyabr. Binə. Qəsəbə stadionu. 100 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
19. Səbail – Qəbələ - 0:3 (0:1)
Səbail: 22. Amirhossein Najafi, 77. Təyyar Məmmədov, 2. Sahil Mirzəyev (64. Sərxan Əhmədli, 46), 33. Süleyman Mustafazadə, 15. Aslan Hüseynov, 98. Kamran Əliyev (27. Elməddin Əmənov, 48), 90. Emil Həsənzadə (67. Aqşin Hüseynov, 46), 19. Asif Mirili (k), 55. Tanrıverdi Məhərrəmli (9. Raul Yaqubzadə, 46), 30. Nazim Kərimli, 71. Vüsal Buludlu.
Ehtiyat oyunçular: 44. Cəfər Əlizadə, 49. Nurlan Rzazadə, 38. Rubin Seyidov, 45. Qəlbinur Adıgözəlli, 72. Samir Əliyev, 97. Vüsal Əliyev, 50. Eltun Xudadatov.
Baş məşqçi: Elman Sultanov.
Qəbələ: 35. Murad Popov, 98. Rövlan Muradov (97. Ravil Yusifli, 77), 29. Hacıağa Hacılı, 70. Ülvi İsgəndərov (67. Elvin Həsənov, 86), 44. Ülvi İbazadə (k) (24. Maqsud Ələkbərov, 86), 87. Əzəmət Ələkbərli, 33. Tural Məmmərzəyev, 32. Amin Seydiyev, 7. Alen Askerov, 17. Roman Hüseynov (99. Baxşəli Baxşəliyev, 53), 27. Səid İbadov (31. Nurlan Quliyev, 58).
Ehtiyat oyunçular: 25. Əmrah Zülfüqarlı, 66. Sərxan Osmanov, 55. Xəyal Əmirli, 30. Ziya Mirzəyev, 13. Həsən Hüseynov.
Baş məşqçi: Elmar Baxşıyev.
Qollar: R.Muradov, 31 (0:1). Ü.İsgəndərov, 69 (0:2). Ü.İsgəndərov, 82 (0:3).
Vərəqələr: S.Mirzəyev, 12 (qeyri-idman hərəkəti). R.Muradov, 15 (qeyri-idman hərəkəti). H.Hacılı, 59 (hakimə etiraz etmək). N.Quliyev, 63 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: MAHİR MƏMMƏDOV, Coşqun Həsənov, Əli Cəbrayılov, Alik Yunusov.
Hakim-inspektor: Akif Əliyev.
18 sentyabr. Binə. Qəsəbə stadionu. 100 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
20. Qarabağ (Ağdam) – Kəpəz (Gəncə) 0:1 (0:1)
Qarabağ: 40. Məmməd Hüseynov, 80. Yusif Həsənov, 51. Elçin Əsədov (70. Nicat Süleymanov, 71), 31. Oliver Stoimenovski, 47. Əsgər Hüseynov (26. Rahid Ağazadə, 26), 39. Zaur Fərzəliyev (k), 60. Pilağa Mehdiyev (19. Famil Camalov, 62), 24. Nihad Tamazov, 28. Süleyman Əhmədov (48. İbrahim Qədirzadə, 84), 38. Famin Əliyev (66. Cavid Bayramov, 71), 49. İbrahim Əliyev.
Ehtiyat oyunçular: 94. Əfqan Fərruxlu, 29. Xaqani Sadıxov.
Məşqçi: Rəşad Sadıqov.
Kəpəz: 96. Cavid Əsgərov (k), 72. Şöhrət Quliyev, 99. Kənan Allahverdiyev, 88. Şəfi Bağırov, 14. Fərid S. Məmmədov (70. Ruslan Süleymanov, 79), 2. Yusif Cəfərov (32. Eltac Mirzəyev, 79), 19. Aydın Qasımov (30. Kamal Həsən-Pur, 82), 18. Tural Cəlilov, 25. Fərid Bayramov, 23. Əli Əliyev (90. Fərid F. Məmmədov, 69/98. Elcan Rəhimov, 85), 17. Əli Səmədov.
Ehtiyat oyunçular: 40. Maşallah Məmmədov, 79. Talıb Rzayev, 77. Elgün Orucov.
Baş məşqçi: Azər Məmmədov.
Qol: E.Əsədov, 18-öz qapısına.
Vərəqələr: Y.Cəfərov, 32 (qeyri-idman hərəkəti). K.Həsən-Pur, 90 (qeyri-idman hərəkəti). R.Süleymanov, 90+2 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: XƏLİL XƏLİLOV, Maqsud Şıxəliyev, Rəşadət Cəfərov, Rəşad Əhmədov, Qurban Məmmədov.
19 sentyabr. Bakı. Azersun Arena. 40 tamaşaçı
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR