Sizin reklam burada

"Səbail" bir kasetə 400 manat ödəyəcək

Baxış Sayı:766

"Səbail" bir kasetə 400 manat ödəyəcək
Çərşənbə günü AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Toplantı Topaz premyer-liqasında və əvəzedicilərin yarışında 5-ci turun oyunlarında başverənlərə həsr olunub. Premyer-liqada bir qarşılaşma müzakirə olunub. “Neftçi” – “Zirə” matçı PFL-ə 1000 manat qazandırıb. Bunun 800-ü 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaq komandanın payına süşüb. Qarşılaşmanın 86-cı dəqiqəsində ikinci "sarı"dan sonra meydandan kənarlaşdırılan "Neftçi"li Mirabdulla Abbasov isə klubunu 200 manat ziyana salıb. Gənc futbolçu həmçinin növbəti turda konandasına kömək edə bilməyəcək.
Əvəzedicilərə gəlincə, “Neftçi”ylə “Zirə"nin ehtiyat komandalarının görüşündə də intizam pozuntusu baş verib. 81-ci dəqiqədə “Neftçi”nin futbolçusu Elvin Sərkərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, kluba 800 manat cərimə kəsilib.
“İnter" – “Sumqayıt” matçında yaşananlara görə hər iki komanda ziyana düşüb. Qonaqlar vərəqə sayının çoxluğu üzündən 400 manat "tərləyib". Qarşılaşmanın 83-cü dəqiqəsində “İnter”in futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb ki, bu ona 1 oyun, kluba 100 manat cərimə bahasına başa gəlib.
“Səbail" isə “Qəbələ” ilə qarşılaşmanın videoyazısını AFFA nümayəndəsinə təqdim etmədiyinə görə 400 manat cərimələnib.
Beləliklə, son turda klublara 2700 manat məbləğində cərimə kəsilib. Nəticədə ilk 5 turda cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 9400 manata çatıb.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR