Sizin reklam burada

“CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir

Baxış Sayı:530

“CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir
Təxminən 15 gün öncə “CBC Sport”un Türkiyə superliqasını yayınlayacağı xəbəri ortaya çıxınca Azərbaycanda yaşayan, bu ölkənin klublarına simpatiya bəsləyən azarkeşlərin sevinci yerə-göyə sığmırdı. Həftəsonları superliqa matçlarını yayınlayan çay evlərinə toplaşan tərəfdarlar artıq evdə oturaraq, xərc çəkmədən “CBC Sport” sayəsində “Qalatasaray”ın, “Fənərbaxşa”nın, “Beşiktaş”ın və “Trabzonspor”un matçlarını izləyəcəyini düşünür, onlara belə şərait yaratdığına görə adını çəkdiyimiz telekanalın rəhbərliyinə təşəkkür edirdilər. Bununla bağlı sosial şəbəkələrdə yetərincə şərhlərə rast gəlmək mümükün idi.
Lakin məlum açıqlamanın üstündən xeyli vaxt keçməsinə baxmayaraq, hələ ki türk futbolunu yaxından izləyən azərbaycanlı azarkeşlər bu xoşbəxtliyə nail olmayıb. Ötən saylarımızın birində məsələ ilə bağlı Türkiyədəki mənbələrimizdən müəyyən bilgilər əldə etmişdik. Bildirmişdik ki, “CBC Sport”un superliqanı yayınlayacağı xəbəri ortaya çıxar-çıxmaz 30 mindən çox türk öz çempionatlarına pulsuz baxmaq üçün “Azərspeys”ə qoşulmaq üçün avadanlıq əldə edib. Superliqanın yayın hüquqna malik “Bein sports”ın rəhbərliyi bütün bunları nəzərə alaraq, “CBC Sport” rəhbərliyindən daha qəliz, sındırlması mümkün olmayan koddan yararakanmağı istəyib.
Yayının nə vaxt reallaşacağını bilmək üçün “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq: “Texniki problemləri yoluna qoymaq yönündə işlər davam edir. Həmin çatışmazlıqları aradan qaldıran kimi Türkiyə superliqasının Azərbaycanda yayınına başlayacağıq. Bu işlər bu gün də başa çata bilər, bir qədər uzana da bilər. Hər halda, biz maksimum səy göstəririk ki, qısa vaxtda futbolsevərləri, qardaş ölkənin çempionatını yaxından izləyənləri sevindirək. O ki qaldı türklərin “Azərspeys”ə qoşulmaq üçün qısa vaxtda çoxlu sayda texniki avadanlıq alıb quraşdırmasına, bəli, bu məsələ də var. Onun da qarşısını almaq üçün bəzi əməli işlər görülür”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR