Sizin reklam burada

"Qəbələ" sürprizə imkan vermədi

Baxış Sayı:788

"Qəbələ" sürprizə imkan vermədi
19. Səbail – Qəbələ 1:3 (0:1)
1. Emil Balayev – 5,0
23. Ayrton Stati – 4,5
99. Maudo Jarjue – 5,0
35. Edqaras Zarskis – 5,0
20. Eltun Yaqublu (k) – 4,5
3. Tamazi Tsetsxladze – 4,5
8. Aqşin Muxtaroğlu – 4,5
(4. Amit Quluzadə, 61) – 4,5
17. Vüqar Nadirov – 5,5
(9. Raul Yaqubzadə, 85) - qiymətsiz
11. Elman Taqayev – 5,0
66. Pərviz Qaraxanov – 4,5
10. Nurlan Novruzov – 5,0
(69. Telles Renan, 67) – 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
22. Amir Hosseyn Najafi
5. Seymur Əsədov
13. Murad Musayev
14. Yamin Ağakərimzadə
26. Kamal Qurbanov
77. Təyyar Məmmədov
88. Orxan Qurbanlı
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Vüqar Nadirov

22. Dmitri Bezotosnı – 5,0
34. Ürfan Abbasov – 4,5
3. Voislav Stankoviç – 5,0
15. Vitali Vernidub – 5,0
8. Qismət Alıyev – 4,0
16. Dion Malone – 5,0
6. Elvin Məmmədov – 5,0
(11. Asif Məmmədov, 59) – 6,0
12. Endi Hallidey – 5,5
14. Cavid Hüseynov (k) – 5,0
(4. Elvin Camalov, 89) – qiymətsiz
10. Ruslan Qurbanov – 5,5
(88. Tellur Mütəllimov, 70) – 5,0
9. Baqali Dabo – 6,5
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
7. Alen Əsgərov
17. Roman Hüseynov
29. Hacıağa Hacıyev
45. Famussa Kone
70. Ülvi İsgəndərov
98. Rövlan Muradov
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Baqali Dabo
Qollar: B.Dabo, 42 (0:1). V.Nadirov, 56 (1:1, E.Taqayev). A.Məmmədov, 60 (1:2, Ü.Abbasov). B.Dabo, 90+3 (1:3, A.Məmmədov).
Vərəqələr: E.Yaqublu, 32 (qeyri-idman hərəkəti). V.Vernidub, 57 (qeyri-idman hərəkəti). E.Hallidey, 84 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: RAUF CABBAROV, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
17 sentyabr. Mərdəkan. Dalğa Arena. 200 tamaşaçı (6700 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5
Tura Mərdəkanda yekun vuruldu ki, “Səbail” öz meydanında “Qəbələ”ni sınağa çəkdi. Ötən turda “Qarabağ”la görüşü təxirə salınan Samir Əliyevin komandasının istirahəti 22 gün çəkmişdi. Bu müddət debütanta imkan verirdi ki, problemlərini yoluna qoysun. Son iki turda xal itkisiylə üzləşən Roman Qriqorçukun yetirmələri də mütləq qələbə qazanmalıydı. Bölgə təmsilçisi bunu bacarmayacağı təqdirdə liderlərlə xal fərqi böyüyəcəkdi.
Qəribə səslənsə də, oyuna “Səbail” daha fəal başladı. Xüsusilə cinah hücumlarına üstünlük verən Samir Əliyevin komandası rəqibin zəif yerini düzgün müəyyənləşdirmişdi. Həqiqətən də Vüqar Nadirovla Pərviz Qaraxanov Ürfan Abbasovla yeni mövqedə çıxış edən Qismət Alıyevin cinahlarını “su yoluna döndərmişdi”. Təsadüfi deyil ki, Qriqorçuk tez-tez onlara irad bildirirdi. İlk real qol vəziyyəti 14-cü dəqiqəyə təsadüf etdi. Vüqar mərkəzdən gələn ideal ötürmədən sonra rəqib qapıçıyla üzbəüz qaldı. Ancaq o, əlverişli mövqedə olmasına rəğmən, qapıya zərbə vurmayıb əks-cinaha – Pərviz istiqamətinə ötürmə etdi. Di gəl, ötürmə bərk alındığından Qaraxanov topa yetişə bilmədi və beləliklə, yüzfaizlik imkan boşa verildi. 20-ci dəqiqədə Nurlan sol cinahda rəqibin iki futbolçusunu keçərək qapı xətti boyunca irəlilədi və cərimə meydanına girib bir qədər geriyə ötürmə etdi. Ancaq Aqşin zərbə vurmağa gecikdi və Elvin Məmmədov topu vurub kornerə çıxardı.
34-cü dəqiqədə “Qəbələ” meydan sahiblərinin qapısına yol tapdı. Cərimə zərbəsindən sonra yaranan qarışıqlıqdan Malone yararlanaraq, topu qapıdan keçirdi. Ancaq yan xətt hakiminin bir neçə saniyə gec qalxan ofsayd bayrağından sonra qol ləğv olundu. Ümumiyyətlə, hissənin sonlarına doğrun təşəbbüsü ələ alan “Qəbələ” meydan sahiblərini qapısına doğru sıxışdıra bildi. 35-38-ci dəqiqələr arasında iki dəfə zərbə yağışına məruz qalan “Səbail” “ətdən divar” və bəxt hesabına qapının toxunulmazlığını qoruya bildisə, bir qədər sonra Dabo komandasını hesabda önə keçirdi. Həm də təkbaşına qurduğu hücum sayəsində. Meydanın özlərinə aid hissəsində pressinq tətbiq edərək Eltundan topu alan hücumçu sürətlə irəli şığıdı və Tamaziylə Maudonun cəhdlərinə baxmayaraq, cərimə meydanına qədər irəliləyib başladığı reydi qolla tamamladı.
İlk hissədən fərqli olaraq, ikinci yarıya “Qəbələ” yaxşı başladı. Fasilə ərəfəsində vurulmuş qol qonaqların gərginliyini azaltmışdı. 53-cü dəqiqədə Qismətin cərimə zərbəsindən əla vuruşunu Balayev eyni gözəlliklə dəf etdi. Ancaq az sonra Nadirov ona standart vəziyyətdən fərqlənməyin yolunu göstərdi. Düzdü, “ölü topu” Taqayev dabanıyla bir addım geri itələdi və belədə Nadirovun qarşısında dəhliz yarandı. Onun qüvvətli zərbəsi isə qarşısıalınmaz oldu – 1:1. Ancaq meydan sahiblərinin qol sevinci çox çəkmədi. Ürfanın cinah ötürməsini bir az əvvəl əvəzetmədən oyuna qoşulan Asif gözəl baş zərbəsiylə tora qovuşdurdu. Bundan sonra görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, “Qəbələ” soyuqqanlı oynayaraq, “Səbail”in məğlubiyyətdən qaçmaq istəyini gözündə qoydu. Üstəlik, son dəqiqələrdə daha bir qol vuraraq, intriqanı birdəfəlik öldürdü. Oyuna əla qoşulan Asifin ötürməsindən sonra Dabo ikinci cəhddə də olsa, Balayevi məyus edib dublunu rəsmiləşdirdi. Beləliklə, Qriqorçukun komandası vacib qələbə qazanaraq, liderlərin uzaqlaşmasına imkan vermədi.

Reaksiyalar
Roman Qriqorçuk: “Qələbə qazandığımıza görə şadam. Oyundan razı qaldım. Uşaqların hamısına “afərin” deyirəm. Hakimliyə gəlincə, biz oturduğumuz yerdən Hallideyin oyundankənar vəziyyətdə olmadığı aşkar görünürdü. Biz ehtiyat oyunçular skamyasından bunu açıq görürdük. Mən burda olduğum müddətdə həmişə hakimlikdən danışmışam, indi də danışacam. Heç nədən qorxmuram. Demirəm ki, ancaq bizim əleyhimizə qərarlar verirlər. Ancaq düzgün qərar olmayanda bu barədə danışmalıyıq. Cavid Hüseynovun zədəsi ciddi deyil. Sadəcə, bir qədər ağrıları olduğundan risk etmək istəmədik.Oyunun əvvəlində Daboya əsəbləşmişdim? Ona qarşı haqsızlıq etdiyimi düşünmürəm.İlk dəqiqədən soyuqqanlı idim. Hansısa futbolçunun oyunundan narazılıq etmişəmsə, deməli, həmin anda buna layiq idi”.
Samir Əliyev: “Bu oyuna azı bir xal üçün çıxmışdıq. Ancaq təəssüf ki, buna nail ola bilmədik. Millinin və “Qarabağ”ın ÇL-dəki oyunu ilə bağlı böyük fasilə yaranmışdı. Uzun müddət oynamadıq. Həm də ustalıq səviyyəsi öz sözünü dedi. Rəqib bu baxımdan bizdən aşkar üstün idi. Problemlərimiz çoxdu. Bu gün daha güclü komandaların məşqçiləri belə heyətdə problemləri olduğunu deyirsə, biz nə deməliyik? Bu il qarşımıza yüksək hədəf qoymamışıq. Yeni yaranmış komandayıq. Heyətimizdə futbolçu çoxdu. Gələn oyunlarda onlara da şans verməyə çalışacağıq. Limitə görə Pərviz Qaraxanovu əvəzləyə bilmədik. Amma yəqin ki, gələn oyunlarda bu cür dəyişiklik olacaq. Hər məşqçinin öz fikri var, mən hakimlikdən narazı qalmadım. Səhv varsa da, hakim də insandı, səhv edə bilər”.

Gözdən qaçmadı
* Oyunu idarə edən Rauf Cabbarovun briqadasında dəyişiklik edilmişdi. Ona yan xətdə Mübariz Haşımovla Knyaz Əmiraslanov, 4-cü hakim kimi isə Fariz Yusifov kömək etməliydi. Ancaq Hakimlər Komitəsi sonradan dəyişiklik edərək, Yusifovu Ziya Nəsirovla əvəzlədi.
* Görüşün protokolunun jurnalistlərə təqdim olunan ilkin nüsxəsində “Qəbələ”nin futbolçusu Rövlan Muradovun nömrəsi “20” qeyd olunsa da, yekun protokolda düzəliş edilmiş, “98” yazılmışdı.
* Matçın əvvəlində hakimlikdən narazı qalan Roman Qriqorçuk etirazını hamıdan eşidəcəyi tonda, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun ünvanına deyinməklə bildirdi: “Xaqani Məmmədov...Yenə başladı da həngamə?”

Oxşar xəbərlər
SON XƏBƏRLƏR