Superliqanın “CBC Sport”da yayını gecikir
Müəllif: football Tarix: 19-09-2017, 15:49 741 Baxış

“CBC Sport”un Türkiyə superliqasını yayınlayacağı gözlənilirdi. Lakin iki həftədi azərbaycanlı futbolsevərlər və qardaş ölkənin çempionatı ilə yaxından maraqlananlar həmin oyunları səbirsizliklə gözləyir. Problemin səbəbini öyrənmək üçün “CBC Sport”un rəhbəri Volkan Üstlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizi cavabsız qoydu. Belədə “Bein sports”a yaxın mənbədən məlumat almağa çalışdıq. Bəlli oldu ki, Türkiyədə 30 minə yaxın azarkeş “AzərSpace”ə qoşulmaq üçün avadanlıq əldə edib. Bunu nəzərə alan “Bein sports”un rəhbərliyi “CBC Sport”dan kodu qəlizləşdirməyi xahiş edib bu yöndə iş getdiyindən telekanal hələ ki superliqanın yayınını təşkil edə bilmir.