Sizin reklam burada

5 və 10 manatlıq biletlər tükəndi

Baxış Sayı:599

5 və 10 manatlıq biletlər tükəndi
“Qarabağ” dünən “Kəpəz”lə qarşılaşmaya tam heyətlə çıxmamışdı. “Çelsi” ilə səfər matçında zədə səbəbindən iştirak etməyən Ansi Aqolli çempionat oyununu da buraxmalı oldu. Ümumiyyətlə, onun durumu hələ də qeyri-müəyyəndi. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız bilgiyə görə, albaniyalı müdafiəçi bir müddət də kollektiv çalışmalara qoşula bilməyəcək. Aqolli yalnız bu həftədən etibarən fərdi məşqlərə başlayacaq. O, hazırda bərpa dövrü keçir. Uzun müddət komandadan ayrı düşən Dani Kintana isə dünən keçirilən “Kəpəz”lə oyunda meydana çıxmaqla Qurban Qurbanovun üzünü güldürdü. İspan futbolçudan fərqli, Aqollinin Çempionlar Liqasının növbəti turunda “Roma” ilə baş tutacaq matçda iştirakı da sual altındadı. Bu, bərpa prosesinin gedişindən asılı olacaq. Ansinin sentyabrın 27-də Olimpiya stadionunda keçiriləcək matça yetişib-yetişməyəcəyinə gələn həftənin sonlarında aydınlıq gələcək.
Bu arada “Qarabağ”ın ÇL-in qrup mərhələsi çərçivəsindəki ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matça bilet satışı davam edir. Artıq satılan biletlərin sayı 40 mini ötüb. Düzdü, bu rəqəm stadionu tam doldurmağa kifayət etmir. Bununla belə, artıq müəyyən qiymətdə biletlər tükənib. Maraqlıdı ki, ən ucuz və ən bahalı biletlər qalır. Başqa sözlə, 2 və 20 manatlıq biletlər sahiblərini gözləyir. İkinci və üçüncü kateqoriyaya aid edilən 5 və 10 manatlıq biletlər isə satılıb qurtarıb. Bundan başqa, 50 mnata olan VIP-biletlər də almaq olar.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR