Sizin reklam burada

Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı

Baxış Sayı:439

Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı
Sentyabrın 16-da Belarusun paytaxtı Minskdə paraşütlə tullanma üzrə beynəlxalq turnir keçirilib. Yarışa 8 ölkədən 24 idmançı qatılıb. Təmsilçilərimizdən Vüsalə Kərimova 14-cü, Kəmalə Babayeva isə 19-cu yeri tutub. Qeyd edək ki, əlil arabası istifadəçilərinin təyyarədən paraşütlə tullanma idman növünün dünya miqyasında paralimpiyaçılar arasında populyarlaşması Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə reallaşıb. Artıq ənənəvi olaraq, hər il Minskdə bu növ üzrə beynəlxalq yarışlar təşkil olunur.
Xatırladaq ki, bir neçə gün öncə Minskdə əlil arabasında idman rəqsi üzrə keçirilən açıq çempionatda Vüsalə Kərimova və Fərid Mehdiyev Latino Klass 2 və Kombi Fristayl Klass 2 növlərində uğurla çıxış edərək çempion olub. İdmançılarımız sabah vətənə dönəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR