Sizin reklam burada

Birinci divizionda limit dəyişdirildi

Baxış Sayı:692

Birinci divizionda limit dəyişdirildi
Birinci divizionda 10 komandanın iştirak edəcəyi artıq bəllidi. Lakin aşağı dəstədə mübarizənin nə vaxt start götürəcəyi hələ dəqiqləşməyib. Fasilə boyunca komandalar heyətini gücləndirərkən baş məşqçilərin ən çox fikir verdiyi məsələ birinci dəstəyə tətbiq olunan limit idi. Məhz limitə görə çalışdırıcılar istədikləri futbolçuları cəlb etməkdə çətinlik çəkirdi. Üstəlik, onlar yeni mövsümdə limitin necə olacağını da bilmirdilər. Artıq bu məsələyə də tam aydınlıq gəlib. 2017/18 mövsümü üçün limit “6+2+3” sistemində olacaq. Yəni 6 Azərbaycan vətəndaşı, 2 legioner və 3 nəfər 1996 doğumlu və daha gənc futbolçu meydanda olmalıdı. Ötən mövsüm isə limit “4+2+5” şəklində idi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR