Sizin reklam burada

AFFA ilə “Qarabağ”dan birgə addım

Baxış Sayı:589

AFFA ilə “Qarabağ”dan birgə addım
Məlum olduğu kimi, Olimpiya tadionunda sentyabrın 27-də “Qarabağ” – “Roma”, oktyabrın 5-də Azərbaycan – Çexiya oyunu baş tutacaq. Bunu nəzərə alan AFFA və “Qarabağ” birgə layihə həyata keçirəcək. Layihəyə əsasən “Qarabağ”ın ÇL çərçivəsində ilk və millinin cari seçmə mərhələdə son ev oyunu olduğundan, azarkeşlərin yüksək dəstəyinə hörmət əlaməti olaraq onlar üçün güzəştlər tətbiq ediləcək. Belə ki, “Qarabağ”ın oyununa bilet alan azarkeşlər yığmanın Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər millinin oyununa bilet alarkən “Qarabağ” – “Roma” matçının biletini kassalara təqdim etməlidi. Qeyd edək ki, hər iki oyuna bilet satışı “i Ticket” şirkəti tərəfindən həyata keçirilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR