Sizin reklam burada

Şehiç cəzalandırılmayıb

Baxış Sayı:589

Şehiç cəzalandırılmayıb
Dünən “Çelsi” ilə oyunda ikinci qolda kobud səhvə yol verən İbrahim Şehiçin cəzalandırıldığı haqda informasiyalar yayıldı. Hətta bosniyalı qolkiperin əvəzedici heyətə göndərildiyi də deyilirdi. Əslində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun belə bir addım atacağı inandırıcı deyildi. Yadınızdadısa, “Kopenhagen”lə səfər matçında da Şehiç ilk qolda ciddi səhvə yol vermişdi. Lakin çalışdırıcı “çərçivə qoruyucusu”na cəza verməmişdi. Hər halda, məlumatı klubun mətbuat katibi Nurlan İbrahimovdan dəqiqləşdirmək qərarına gəldik. O, qapıçının cəzlandırılması xəbərinin həqiqəti əks etdirmədiyini bildirdi: “Bu informasiyanın hardan yarandığını bilmirəm. Ancaq onu deyə bilərəm ki, Şehiç hazırda əsas komanda ilə birgə məşq edir”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR