Sizin reklam burada

Qriqorçuk Ukrayna mətbuatına danışdı

Baxış Sayı:463

Qriqorçuk Ukrayna mətbuatına danışdı
“Stadionlarda anşlaq, demək olar ki, ÇL, AL və millinin matçlarında olur”
“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk ölkəsinin mətbuatına müsahibə verib. “Qırmızı-qaralar”ın çalışdırıcısı “Komanda 1” portalının əməkdaşına vaxtilə “sükanı arxasında” olduğu “Çernomorets”, Ukrayna klublarının avrokuboklardakı şansları və Azərbaycan futbolu haqda danışıb.
- Roman İosifoviç, vaxt tez uçur. Sanki dünən “Çernomorets”lə avrokuboklarda çıxış edirdiz. Halbuki üç ilə yaxındı Azərbaycanda çalışırsız...
- İşdə bunu hiss etmirsən. Amma düşünəndə görürsən ki, doğrudan da vaxt uçur.
- “Qəbələ” ilə bu il Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyə bilmədiyinizə görə, yəqin ki, çox məyussuz.
- “Panatinaikos”u keçməyin bizim üçün real olduğunu düşünsəydim, üzülərdim. Biz hələ əvvəlki mərhələdə “Yagelloniya”ya uduza bilərdik. Çünki Polşa təmsilçisi həmin vaxt güclü və yaxşı təşkilatlanmış komanda idi. Elə alındı ki, “Qəbələ” rəqibini mübarizədən kənarlaşdırmağı bacardı. Lakin bunun yetirmələrim üçün maksimum hədd olduğunu həmin an yaxşı başa düşürdüm.
- Oyunlar zamanı futbolçulara tapşırıqları hansı dildə verirsiz?
- Tək-tük futbolçumuz rus dilində başa düşmür. Onlara köməkçilərim yardım edir. Əcnəbilərə isə kiçik şeyləri ingilis dilində anladırıq.
- “Çernomorets”i izləyirsiz?
- Diqqətlə izlədiyimi deməzdim. Amma komandanın nəticələrindən xəbərim var. Bir neçə görüşün icmalına baxmışam. Lakin “Çernomorets”in oyunu haqda ümumi təsvir vermək mənə çətindi.
- Ukraynada olduğu kimi, Azərbaycanda da əsas prioritet avrokuboklardı?
- Ola bilər. Bu cür oyunlara azarkeşlərin marağını görüb belə düşünmək olar. Stadionlarda anşlaq, demək olar ki, Çempionlar Liqası, Avropa Liqası görüşlərində və milli komandanın matçlarında olur.
- Kiyev “Dinamo”sunun Avropa Liqasındakı rəqibi “Şkenderbü” ilə vaxtilə “Çernomorets”in çalışdırıcısı kimi qarşılaşmısız. Həmin matçı məşqçilik karyeranızın ən dramatik oyunu adlandırmaq olar?
- Bəli. Amma yaxşı sonluqla başa çatmışdı (gülür).
- “Napoli” ilə qarşılaşan “Şaxtyor” Ukrayna təmsilçilərindən bu mövsüm avrokubokların qrup mərhələsində meydana çıxan ilk komanda oldu. Necə düşünürsüz,”saxtaçılar” ilk oyunda İtaliya klubunu udmaqla növbəti mərhələ şansını artırdı?
- Bu haqda danışmaq hələ tezdi. Ancaq onu da bildirim ki, “Napoli” ilə görüşdə “Şaxtyor” çox yaxşı təsir bağışladı və haqq etdiyi 3 xalı qazandı. Mənim düşüncəmə görə, Donetsk klubu səviyyə baxımından “Feyenoord”du üstələyir. “Mançester Siti” ilə də mübarizə aparmaq olar. Paolo Fonsekanın komandasının heyətində yetərincə təcrübəli oyunçu və istedadlı gənclər var. Bu məqamları nəzərə aldıqda “narıncı-qaralar”ın şanslarını yüksək dəyərləndirmək mümkündü.
- Kiyev “Dinamo”su düşdüyü qrupun favoritidi?
- Məncə, hə. Fikrimcə, kiyevlilər üçün həssas zamandı. Yarmolenkonun Almaniya klubuna transferindən sonra düşünürəm ki, “Dinamo”nun futbolçuları liderin gedişi ilə yaranmış boşluğu aradan qaldırmaq üçün çox vaxt itirməyəcəklər. Bütün bunlara rəğmən, “Dinamo” qrupdan çıxmaq gücündədi.
RƏŞAD hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR