Sizin reklam burada

"Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil

Baxış Sayı:634

"Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil
Emin komandaya qoşuldu, Elnur "Zirə"yə qarşı oynamayacaq
Tərlan Əhmədovla Rəşad Sadiqovun təqdimat mərasimindən sonra "Neftçi"nin ilk 10 dəqiqəsi jurnalistlər üçün açıq olan məşqi başladı. Baş məşqçi ilə yanaşı, biz də 7-8 dəqiqə gecikdiyimizdən, meydanda yaşananların təxminən 20 dəqiqəsini izləyə bildik. Bəribaşdan qeyd edim ki, məşqin ilk hissəsində futbolçular əsasən fiziki təmrinləri yerinə yetirirdi. Öncə "kvadrat", daha sonra isinmə hərəkətləri.
Elə ilk diqqətçəkən məqamı da "kvadrat"da gördük. Belə ki, əvvəlki hazırlıqlarda legionerlər bir, yerlilər ayrı qruplarda toplaşardısa, bu dəfə heyətlər qarışıq idi. Belə deyək, komanda üzvləri bərabər bölünmüşdü. Bu də heç şübhəsiz, düşərgədə birliyin yaradılmasına hesablanıb. Üzlərin güldüyünü deyə bilərik. Amma narahatlıq da yox deyil. Hər halda, bu gülüş 3-5 il əvvəlki futbolçuların gülüşündən deyildi. 21 futbolçunun iştirak etdiyi hazırlıqda Emin Mahmudovun olması təəccüblü deyildi. Çünki qəzetimizin əvvəlki sayında bununla bağlı xəbər vermişdik. Eminin artıq çəkisi olmasa da, Tərlan Əhmədov futbolçunun tam hazır olmadığını iddia edir. "Neftçi"dən ayrılacağı deyilən fiziki hazırlıq üzrə mütəxəssis Andrey Kolesnikov da düşərgədədi. Məşqin əvvəlində futbolçuları ukraynalı hazırlaşdırırdı. İki nəfər gözümüzə dəymədi ki, biri Elnur Cəfərov, digəri Maksim Valyo idi. Elnur U-21-dən zədəli qayıdıb deyə, hazırda fizioterapevt nəzarətindədi. Maksim isə əvəzedici komandaya göndərilib. Klub rəhbərliyindən nə prezident Orxan Hüseynzadə, nə icraçı direktor Elnur Eyvazov, nə də Müşahidə Şurasının hansısa üzvü gözümüzə dəydi. Halbuki "kabinet adamları"çətin günlərdə kollektivin yanında olmalıdı.
Hə, bir xüsusi məqama toxunmasaq, olmaz."Bakcell Arena"nın ot örtüyü acınacaqlı durumdadı. Hər il renovasiya edilən meydança Gəncə stadionunun əvvəlki vəziyyətini xatırladır. Əldə etdiyimiz bilgiyə görə, stadion "Zirə" ilə matçdan sonra təmirə bağlanacaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR