Sizin reklam burada

İlk duellər favoriti göstərmədi

Baxış Sayı:474

İlk duellər favoriti göstərmədi
Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə start verilib. Sentyabrın 12-də baş tutan ilk qarşılaşmalarda maraqlı nəticələr qeydə alınıb. Dörd oyunun heç birində 2 top fərqi qeydə alınmayıb. Bu o deməkdi ki, millimizin birbaşa vəsiqə qazandığı AÇ-2018-ə son 4 vəsiqə uğrunda mübarizənin taleyi sentyabrın 26-da keçiriləcək cavab görüşlərinə qalıb.
Nəticələrə gəlincə, Rumıniya evdə Gürcüstanın müqavimətini qıra bilməyib. Oyunda 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2. Fransa isə Xorvatiyaya “asan yem” olmadığını göstərib. Görüşdə 1:1 hesabı qeydə alınıb. Bundan başqa, Macarıstan evdə Polşanı (2:1), Serbiya isə səfərdə Çexiyanı (4:3) minimal hesabla üstələyib.
Bu arada futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Ötən cədvəllə müqayisədə cüzi dəyişikliklər baş verib. Planetin 10 ən güclü komandasından yalnız Argentinanın xal hesabı dəyişib. Cənubi amerikalılar son bir ayda 15 xal itirib. Buna baxmayaraq, son dünya çempionu 4-cü sıradakı yerini qoruyub. Ən yaxşılar arasında olan millimizin də yeri dəyişməz qalıb. Hesabında 1445 xal olan yığma yenə onuncudu.
İlk “onluq”
1. Braziliya - 1929
2. İspaniya – 1872
3. Rusiya - 1765
4. Argentina - 1685
5. İtaliya - 1608
6. İran - 1593
7. Portuqaliya - 1582
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1462
10. Azərbaycan – 1445

Oxşar xəbərlər
SON XƏBƏRLƏR