Sizin reklam burada

İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi

Title
İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi
Dünən AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Ümumiyyətlə, komitə bundan sonra qərarlarını həftənin çərşənbə günləri açıqlyacaq. Bu da əvəzedicilərin oyunlarının premyer-liqa komandalarından bir gün gec keçirilməsiylə bağlıdı. Son iclas Topaz premyer-liqası və əvəzedicilərin çempionatında 4-cü turda başverənlərə həsr olunub. “Qəbələ” – “Zirə” matçının əlavə olunmuş dəqiqələrdində, konkret 1-ci uzatma dəqiqəsində baş hakimə qarşı emosional şəkildə etiraz edən qonaqların çalışdırıcısı Ayxan Abbasova xəbərdarlıq olunub. Komitə bu hal yenidən baş verəcəyi təqdirdə məşqçini cəzalandıracaq.
“Qəbələ” və “Kəpəz”i isə əvəzediciləri ziyana salıb. “Zirə” ilə matçda “Qəbələ”nin 4, “İnter"lə oyunda isə “Kəpəz”in 5 futbolçusu sarı vərəqə alıb ki, bu da 400 manat cərimə (cəmi 800) deməkdi.
Beləliklə, son iclasda klublara 800 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 6700 manata çatıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.