Dünən Lüksemburqda stolüstü tennis üzrə Avropa çempionatı start götürüb. Sentyabrın 17-dək davam edəcək qitə birinciliyində həm kişilər, həm də qadınlardan ibarət yığmamız iştirak edəcək. Yarışın reqlamentinə əsasən, iştirakçılar reytinqlərinə görə müxtəlif divizionlarda yarışacaq. Kişilərin yarışında komandalar 10 qrupda çıxış edəcək. A, B, C və D qrupunun iştirakçıları çempionluq divizionunda mübarizə aparacaqsa, E, F, G və H qrupu “Çağırış” divizionunun tərkibindədi. İ və J qrupu isə sonuncu – standart diviziona daxildi. Millimiz İ qrupunda Latviya, Norveç, Monteneqro və Cənubi Kiprlə münasibətləri aydınlaşdıracaq. Qadınların yarışında ilk iki divizionun qrupları eynidi. Ancaq burda standart divizionda qrup sistemi yoxdu və 6 komanda çıxış edəcək. Qadınlarımız “Çağırış” divizionunun G qrupunda Türkiyə, Uels və Bolqarıstanla qarşılaşacaq.