• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atletiko” “Barselona”nı barmağına necə doladı?

Dünya futbolu

16-10-2022, 21:0

“Barselona”nın prezidenti Xuan Laporta bugünlərdə klubun maliyyə durumu ilə bağlı hesabat verib.

Onun dediyinə görə, rəhbərlik mənfi maaş saldosunu ardan qaldıra və hətta 98 milyon avro qazanc götürə bilib:

“Təsir rıçaqları göstərdi ki, “Barsa” yaşayır və müstəqilliyi itirmədən qazanc götürmək üçün böyük imkanlarımız var”.


Laportanın rıçaqlarının “Barsa”nın gələcəyinə nə dərəcədə ciddi təsir göstərəcəyini demək çətindi, hər halda, klub pul əvəzində teleyayın hüququnun böyük hissəsini satmalı olub. Amma yeni prezident Bartomeu dönəminin “bazar” ab-havasını xeyli dərəcədə aradan qaldırıb. Laportanın əsas xidməti heyətin güclənməsi ilə paralel maaş fondunun azaldılmasıdı ki, klub bunun sayəsində La Liqanın xərclər limitinə uyğunlaşa bildi. Bunun üçün xüsusən də artıq oyunçuların başqa klublara keçidi yönündə çox iş görmək lazım gəldi. Düzdü, planları ideal şəkildə həyata keçirmək mümkün olmadı. Breytveyt, Yumtiti, Pyaniç, Puç, Mingesa – bütün bunlar, klubla müqaviləsi olmasına rəğmən, azad agent kimi ayrıldı. Ancaq daha bir bərbad vidalaşma tarixçəsi var. Məşhur goal.com saytı yaxınlarda Qrizmannı “Barsa”nın yeni əsrdəki ən fiasko transferlərinin reytinqində 2-ci yerə qoyub. Birinci pillədə Filippe Koutinyodu. Bu futbolçuların əsaslandırılmayan qiymətləri və maaşları klubu maliyyə uçurumuna yaxınlaşdırdı. 135 milyon avroya alınan Koutinyo ötən yay “Aston Villa”ya 20 milyona satıldı. Qrizmann ilə bağlı tarixçə daha pisdi – “Atletiko” Antuanı 20 milyon avro müqabilində ikiilliyə icarəyə götürmüşdü ki, sonradan da 40 milyona alsın. Yəni “Barsa” fransalıya görə xərclədiyi pulun, heç olmasa, yarısını “diriltmək” istəyirdi. Ancaq bu da mümkün olmadı. İşləri korlayan mümkün alışla bağlı bənd oldu. Əvvəlcə deyilirdi ki, Madrid klubu gələn ilin yayında Qrizmannı almağa məcburdu. Sonradan aydın oldu ki, madridlilər yalnız hücumçu iki mövsüm ərzində oyunların 50 faizində ən azı 45 dəqiqə oynayacağı təqdirdə ona görə 40 milyon ödəyəcək. Hazırda ciddi maliyyə çətinliyi yaşayan “Atletiko” üçün belə şərt qəbulolunmazdı. “Hindular” hiyləgərliyə əl atmaqdan başqa çıxış yolu tapmadı. Simeone Qrizmannı istisnasız 65-ci dəqiqədən sonra meydana buraxmağa başladı. Sentyabrın əvvəlində hətta belə xəbər yayıldı ki, “Barsa” futbolçunu qəsdən az oynatdığına görə “Atletiko”nu məhkəməyə verəcək. Ancaq hüquqi baxımdan bu məsələyə baş qoşmağa dəyməzdi: futbolçunu meydana buraxıb-buraxmamaqla bağlı qərarı enində-sonunda baş məşqçi verir.

Eyni zamanda şayiə yayıldı ki, “Atletiko” Qrizmannın agenti vasitəsi ilə futbolçunun müqavilə hüququnu almaq üçün “Barsa”ya 15 milyon avro təklif edib. Bu məbləğ üç il ərzində ödəniləcəkdi. Necə olur-olsun, “Barsa”ya sövdələşməyə razılıq verdi - əks təqdirdə futbolçu mövsüm bitəndən sonra Kataloniya klubuna dönəcək, onun dönüşü isə maaş fonduna ciddi təsir göstərəcəkdi. Antuan sentyabrın 18-də ilk dəfə start heyətində göründü, ardından ÇL-də “Brügge”yə qarşı tam oynadı. Oktyabrın 9-da isə “Barsa” Qrizmannı “Atletiko”ya satdığını açıqladı. Kataloniyalıların idman direktoru Mateo Alemaninin dediyinə görə, Antuan 20 milyon avroya satılıb, “Barsa” bonuslar şəklində daha 4 milyon qazana bilər. “Mundo Deportivo” bu transferlə bağlı daha bir maraqlı detal açıqlayıb. “Atletiko” sonradan hücumçunu 18 milyon avrodan baha sata bilsə, həmin pul “Barsa”nın hesabına köçəcək. Bu xəbəri sonradan Laporta da təsdiqlədi:
“Qorxduq ki, iş məhkəməyə qədər uzansa, buna çox vaxtımız gedəcək. Qrizmann DÇ-dən sonra “Barsa”ya dönsəydi, maaş cədvəlimiz 36 milyon avro artacaqdı. Faciənin miqyasını təsəvvür edə bilərsiz”.

Paylaş:
Digər xəbərlər
Aktual
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
Son xəbərlər
  • Bu gün, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Bu gün, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Bu gün, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
Daha çox
Oxunub: 297
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 246
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 216
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə