Gürcüstanın paytaxtı Tiflisdə keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Ancaq şahmatçılarımız üçün yarış erkən başa çatıb. Yığma üzvləri 1/32 finalda "ilişib". Şəhriyar Məmmədyarov (2797) hər iki rapid oyununda ukraynalı Yuri Kuzubova (2688) uduzub. Teymur Rəcəbov (2742) və rus Vladislav Artyomyov (2692) rapiddə hərəyə 2 qələbə qazanıb. İlk blits oyununda Artyomyov üstün olub. İkinci görüş heç-heçə bitdiyindən Rəcəbov da turnirlə vidalaşanların sırasına qoşulub.