Sizin reklam burada

“Qarabağ” Qurban Qurbanovun oğluna görə “Neftçi”yə təzminat ödəyib?

Title
“Qarabağ” Qurban Qurbanovun oğluna görə “Neftçi”yə təzminat ödəyib?
Klub rəsmiləri keçidlə bağlı danışmaqdan çəkindi
Məlum olduğu kimi, əsas komandası Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ”ın U-19-u Gənclər Liqasında yarışacaq. Həmçinin sözügedən komandanı sentyabrın 12-də “Çelsi”nin müqavfiq yaş qrupuna qarşı Aftandil Hacıyevin çıxaracağını, sifariş ərizəsinin isə artıq UEFA-ya göndərildiyini xəbər vermişdik. 40 nəfərin adının olduğu siyahıda Qurban Qurbanovun oğlu Musanın da adı var. 15 yaşlı hücumçu neçə illər “Neftçi”də çıxış etsə də, Gənclər Liqasında “Qarabağ”a kömək edəcək.
Bu məsələdə bəzi detallar maraq doğurur. Görəsən, Musanın “ağ-qaralar”la müqaviləsi bitib? Yoxsa bu keçidə görə “Qarabağ” “Neftçi”yə təzminat ödəyəcək? Bəlkə də ortada heç maliyyə söhbəti olmayıb və paytaxt təmsilçisi yeniyetmə hücumçunun keçidinə razılıq verib. Bu məsələni aydınlaşdırmaq üçün hər iki klubla əlaqə saxladıq. Təəssüf ki, həm “Qarabağ”, həm də “Neftçi” rəsmiləri konkret fikir bildirməkdə çətinlik çəkdi.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.