“Neftçi” 2 itki ilə hazırlaşır

13.10.2022 14:13 370
Premyer-liqa
“Neftçi” premyer-liqanın 10-cu turunda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını davam etdirir.

Football-plus.az xəbər verir ki, “Turan Tovuz”la oyunun ertəsi günü bərpa məşqi edən “ağ-qaralar” bir günlük istirahətdən sonra – oktyabrın 11-də hazırlığa başlayıb.

Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə zədəlilər – Sezar Meza Kolli və Eddi İsrafilov iştirak etməyiblər.

“Kəpəz” – “Neftçi” oyunu oktyabrın 16-sı saat 15.00-da Gəncə şəhər stadionunda keçiriləcək.