Millinin baş məşqçisi bəlli oldu

4.10.2022 17:48 404
İdman
Para-pauerliftinq üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.

Milli Paralimpiya Komitəsindən "Futbol+"ə verilən məlumata görə, bu vəzifə Elşən Hüseynova həvalə edilib.

Mütəxəssis bu postda İlqar İbişovu əvəzləyib.

O, 243 kq nəticə ilə dünya rekordçusudur. Hüseynov Pekin-2008, London-2012, Rio-2016 və Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycan yığmasının tərkibində iştirak edib.