Sizin reklam burada

Dünya Kubokunda medalsız qaldıq

Title
Dünya Kubokunda medalsız qaldıq
Bolqarıstanın Varna şəhərində kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku keçirilib. 20 ölkə idmançılarının qatıldığı turnirdə Azərbaycanı Murad Ağarzayev, Bence Talas, Yuliya İnşına, Marina Nekrasova və Yekaterina Tişkova təmsil edib. Talas halqalarla hərəkətlərdə finala yüksəlməyi bacarıb. O, 13,700 xalla səkkizinci olub. İnşına sərbəst hərəkətlərdə 12,550 xalla ilk “5-liy”i qapayıb. Dayaqla tullanmada Yuliya 6-cı, Nekrasova isə 8-ci yeri tutub. Marina müxtəlif hündürlüklü qollarda yarışın finalında 8-ci, İnşına isə gimnastika tirində 8-ci pillədə qərarlaşıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.